Vaqonlarda basabas idi (Mir Cəlal); ...Göz işlədikcə uzanan bu düzənliklərdə aǧacın azlıǧı, kölgəliyin seyrəkliyi Gülşəni yay kimi əyirdi (Ə.Vəliyev).
Çox pakizə... Sübh tezdən hamısını basdıraram (N.Vəzirov); O dirəkləri çıxartmaq lazımdır, əl-ayaǧa dolaşır.
Dərhal qapını basıb, mətbəxə qayıtdı (Mir Cəlal); Aç gözün, gözlərinin qurbanı; Bir tamaşa elə, gör dünyanı (A.Səhhət).
Nəriman... bu adamın əllərini tutdu, dizi ilə boǧazını basdı (Mir Cəlal); Barmaqları boşalıb kaǧızı buraxdı. (B.Talıblı)
Bizə başaǧrısı verməyin, canım (S.Rüstəm); Sizin əlinizdən mənə rahatlıq yoxdur.
A kişi, sən baş-ayaq nə üçün danışırsan (A.Şaiq); Sən ona düz deyirsən ki, oxumaq kasıblara müyəssər olmurdu (Mir Cəlal).
Mehmanın başdansovdu sözündən, soyuq söhbətindən sonra gələn adamlar daǧılışıb getdilər (S.Rəhimov); Bu elələrinə oxşamır, özü də çox diqqətli və səmimidir (M.İbrahimov).
Nənəqız başıalovlu bazarı axtarıb qızını tapdı (S.Rəhimov); Cəmil özünü sakit, təmkinli bir şəxs kimi aparırdı.
Sərdar evlərinin qabaǧında bir daxmaya girib səhərdən axşama kimi başıaşaǧı iynə vurmaqdadır (C.Məmmədquluzadə); Lado ... başıyuxarı Cəbrayılın evinə tərəf getməyə başladı (S.Rəhimov).
Səfər ... faǧır, başıaşaǧı bir oǧlandı (Ə.Haqverdiyev); Salman şapalaq yemiş dikbaş uşaq kimi dönüb dalınca baxmadan payızlıǧın yanından adamlara tərəf getdi (M.İbrahimov).
Başıaşaǧılıq insanı həmişə hörmətləndirər. Dikbaşlıqdan yerə-göyə sıǧmırsan! (M.İbrahimov).
Nə soxulmusan araya, a başıbəlalı fələ? (M.Ə.Sabir); Aǧəli isə doǧrudan da, deyəsən, bəxtli adam idi (C.Əmirov).
Sərdar başıboşdur, aǧlına nə gəlir onu deyir. Gəl, aǧıllı oǧlum, rahat ol, bir seyid qonaǧımız da var (S.S.Axundov).
Ay başıdaşlı kişi, dinmə, uşaqdır, uşaǧım (M.Ə.Sabir); Xoşbəxt həyat onu sevindirirdi.
Çünki doǧrudan da başıdolu oǧlansan (Ə.Haqverdiyev); Özünü başıboş adam kimi aparır.