Təbrizin açıq-mavi göyləri, ayna kimi təmiz üfüqləri daralmaǧa, onu boǧmaǧa başlayırdı (M.İbrahimov); Bizi çeşmək taxmış, donuq sifətli, yaşlı bir qadın qarşıladı (“Azərbaycan”).
Tələbələrdən Qurban Mərəndi adlı birisi öz açıq fikirləri və cəsarətli hərəkətləri ilə Firidunun diqqətini cəlb etmişdi (M.İbrahimov); Hər duyan qəlbin, əzizim, gizli bir sevdası var (S.Vurǧun).
Yıǧıncaqdan sonra artistlər açıq havada konsert verdilər (S.Rüstəm); İndi də hava boǧuq və tutqun idi (M.İbrahimov).
Mən də belə düşünürəm, yoldaş mayor, qəhvəyi rəngli avtomobil günəş şüası altında açıq rəngli, kölgədə isə tünd görünə bilər (C.Əmirov).
Buyurun, qapımız açıqdır sizə; Yurdu tapşırırıq əllərinizə (S.Vurǧun); Baǧır Nurcabbarın yumulu gözlərinə baxa-baxa başını buladı (İ.Məlikzadə).
Əsmər ilə Camal Yusif haqqında açıqca danışdıqları halda, Gülər ilə Xalıq kiminsə haqqında gizlicə söhbət edirdilər.
Meşədə xeyli dolandıqdan sonra meşənin dərinliyində alaçıq böyüklüyündə açıqlıq tapdı (S.Rəhimov); Aǧacların sıxlıǧı bir-birinə mane olur.
Sərginin açılışı sabah, baǧlanışı isə martın 5-də olacaqdır.
Usta Aǧababa əvvəl bir utandı, sonra isə yavaş-yavaş açılışdı (Çəmənzəminli); Fatma aǧlamsındı, ancaq onun səsi çox nazikdir, özü də danışanda sıxılır (M.İbrahimov).
Birdən Gülnazı bərk-bərk qucaqlayıb öpdüm, bu əhvalat bizim açılışmaǧımıza səbəb oldu (T.Ş.Simürq); Mehralının siması tutqunlaşdı (Ə.Abbasquliyev).
Bərkidi ayaǧı, açıldı əli; Yüyürdü həyətə, atıldı çaya (H.Hüseynzadə).
İsti dəydikcə donları açılırdı. Soyuqdan büzüşmüşdülər (“Ulduz”).
Bir şey aydın idi ki, o zaman bulanlıq selə düşüb hara getdiyini bilməyən adam kimi gözləri qapanmışdı (M.İbrahimov); Hər kimə vurub, yapış desən, yapışar, açıl desən açılar (A.Şaiq).
Dalanda ayaq səsi eşidildi, dərhal evin qapısı zərblə açıldı (Mir Cəlal); Qapı uşaqların üzünə örtüldü (İ.Şıxlı).
Gül ilə həmzəban olubdu bülbül; Açılıb bənövşə, yasəmən, sünbül (Q.Zakir); Həyətdəki güllər soldu (“Ulduz”).