Lakin bədlikdən iki zırpı it də onlarla gəlirdi (M.Talıbov); Evin balaca, kirli qapısı böyük alma, armud baǧına baxır (Mir Cəlal).
– Əfəndim, yapdıǧın qəbahətin zırpılıǧını qanırsanmı? (Mir Cəlal); Onu boyunun balacalıǧı narahat edirdi (“Ulduz”).
O dəli zırramaya bu büsat nə gərək idi? (M.İbrahimov); Aǧıllı adam buna dözməzdi (Mir Cəlal).
Daǧların, baǧların libası sarı; Günəşin də sönük ziyası sarı (A.Səhhət); Yalnız indi-indi qaranlıq evə alışan doktor qəmgin-qəmgin Badam xalaya baxdı (M.Hüseyn).
Ziyana tələsdim, xeyrə gecikdim; Bir də bu dünyaya gələcəyəmmi? (H.Hüseynzadə).
Bu, ziyançılıqdan başqa bir şey deyildir (S.Rəhimov); Onun xeyirxahlıǧı, dünəndən bəri ürəklərində düyün baǧlamış qəmi, kədəri büsbütün unutdurmuşdu (M.Hüseyn).
Rəzil və ziyankar o adamdır ki, öz bəxtinə qürrələnir (M.Talıbov); Müəllimin xeyirxah adam olduǧunu çoxdan bilirdi (M.Hüseyn).
Vəhşilik başqa şeydir, ziyankarlıq başqa (M.Talıbov); Belə xeyirxahlıq mərhəmət deyildir (M.Talıbov).
Onlar ziyanlı qurdları və kəpənəkləri tutub yeyirlər (A.Şaiq); Onun hər bir doǧru, xeyirli sözü və işi həmişə alqışla qarşılanacaqdır (Mir Cəlal).
Zəf eylədi aciz məni, qaldım əməlindən; Çəkdim nə ziyanlıq (M.Ə.Sabir); Xeyirliliyin yolunu göstərdim.
Əcəb xoşxasiyyət, ziyansız heyvandır (M.Talıbov); O həmişə xeyirsiz işdən yapışır (“Azərbaycan”).
Müqim bəy sabahkı işin çox zor iş olduǧunu kəsdirdi (S.Rəhimov); Silvionun dueli indiki vuruşmadan çox asandır (M.Hüseyn).
İstəyən könüllü, istəməyən zorakı – deyib muzdur Vəli düz Hacı Qulunun gözünün içinə baxdı (M.İbrahimov).
İş zorakılıq məsələsinə gəlirsə, bizimkilər oradadırlar, qorxmayın (M.S.Ordubadi); Vəzifəni könüllülük prinsipi əsasında bölüşdürmək lazımdır (“Azərbaycan”).
Xeyli axtarışdan sonra qarşılarına zorba bir dovşan çıxdı (A.Şaiq); Balaca, isti və səliqəli bir mənzil idi (Mir Cəlal).