Bunun xeyri var ki, zərəri yoxdur; Gülməli insanlar həyatda çoxdur (S.Vurǧun).
Zərərli həşəratın məhv olması üçün şərait hazırlanır (Ə.Vəliyev); Lakin bunun başqa xeyirli bir cəhətini də görürdük (Mir Cəlal).
Şeyx, o bir möhtərəm, zərərsiz adam; hər müsafir, qəribü aciz adam (H.Cavid); Cəmiyyətdən uzaq, həyatdan uzaq; Uydurma fəlsəfə xeyirsiz olur (O.Sarıvəlli).
Aǧca xanım zərif əlini Qaraca qıza uzatdı, o da kobud barmaqları ilə onun əlini sıxdı (S.S.Axundov).
Ancaq, deyəsən, Əşrəf qız kimi zərifləşmişdi (İ.Şıxlı); Günün istisində qarsıyıb bürünc rənginə düşmüş sifəti qartımış və kobudlaşmışdı (S.Qədirzadə).
Zəriflikdə güləm, sərtlikdə qaya; Yoluna qar düşüb, şəfəq çilənib (H.Hüseynzadə).
Nə üçün tum çırtlayıb bazarı zibilləyirsən? (C.Əmirov); Bir əliylə maşının qapısını açdı, o biri əliylə oturacaǧı silib, təmizlədi (M.İbrahimov).
İki arvadlının evi zibilli olar (Ata. sözü); Yazın təmiz havasından nəfəs almaq üçün əlləşirdilər (M.Hüseyn).
Vəziri qarǧa olanın aǧzı zibillikdə gərək (Ata. sözü); Gələn dəfə küçədən keçəndə təmizliyə fikir
verərsən (C.Əmirov).
Xalıqverdiyevə görə Mirzə Cəmil çox xəsis, göy, zıqqı adamdır (Ə.Vəliyev); Ürəyi təmiz, əliaçıq qadındır (“Azərbaycan”).
Başdan kövrək olan kəsi; Zil yandırar, bəm aǧladar (H.Hüseynzadə).
Nə zillətdir, nə möhnətdir; Buna bais, bəli, sənsən (Ü.Hacıbəyov); Təbiət qoysa yaşarsan, görərsən ki, xoşbəxtlik nə imiş (Mir Cəlal).
Bu səadət deyil də, zillətdir (H.Cavid).
Bir qədər diribaş və zirək uşaqlar mollanın xəlfəsi olardılar (H.Sarabski); Görmürsən, maymaǧın biridir (M.İbrahimov).
Öz zirəkliyi və qoçaqlıǧı ilə Şuşa qalasında məşhurlaşır (“Qaçaq Nəbi”); Sənin maymaqlıǧın ucundan biz ələ keçdik (“Ulduz”).