Ata-anası kimi zəhmətsevərdi (M.İbrahimov); Özgənin zəhməti ilə çörək yeyənlərə müftəxor deyərlər (Ə.Haqverdiyev).
Aslan müəllim zəhmli bir adam idi (İ.Əfəndiyev); Sizi inandırıram ki, bütün Bakıda mənim kimi mülayim xasiyyətli, dostluqda sədaqətli kişi tək-tək tapılar (C.Əmirov).
Qızcıǧazın zəif səsini eşitdim (M.Talıbov); Xeyli keçdikdən sonra içəridən bir qadının gur səsi eşidildi (C.Əmirov).
Yetər məni eylədin təbliǧ və sandın zəif (S.Rüstəm); Ancaq buna dair əlində hələ tutarlı sübut yox idi (C.Əmirov).
Mal azalmış, alver zəifləmişdi (Ə.Vəliyev); Sonanın hıçqırıǧı gücləndi (Ə.Cəfərzadə).
Axırda zəiflər yavaşca başlayırlar əkilməyə və güclülər, yəni dəstə sahibləri qalırlar məclisdə (C.Məmmədquluzadə).
Zəkalı adamdı. Bir dəfə eşitdiyi söz həmişəlik hafizəsində qalırdı (S.Rəhman); [Kamran:] Xudayar xan həmişə tək gəlib-gedər. Bu dəfə o, fərasətsiz oǧlu Firidun xanı da özü ilə gətirir (Ə.Haqverdiyev).
Heyif oldu yarın şirin söhbəti; Zəhərə, zəqquma, aǧıya döndü (Molla Cümə).
Bəs nə üçün başı salamat və varlı sahibkarlar yoxsul və zəlil adamlara rəhm edirlər? (M.Talıbov); Sən xoşbəxtsən, mən də üstəlik (Mir Cəlal).
Şadlıq ilə saxladıǧın aşıǧı; Zəlilliklə imtahana çəkirsən (Aşıq Ələsgər); Mən əslən kəndimizin, bütün xalqımızın xoşbəxtliyi ilə fəxr edirəm (Mir Cəlal).
Mən Girdmanın zəngin adamlarını köməyə çaǧırmışam (M.Hüseyn); Aləmə dediklərindən mənə də, bu kasıb toxucuya da danış (Mir Cəlal).
Neçin o zəngindir, mən bir köləyəm? (C.Cabbarlı).
Onun sadə evindəki ən zəngin sərvət, böyük bir otaǧı doldurmuş kitablardır (M.Hüseyn).
– Bəli, insan təbiəti dərk etməklə, onu dəyişdirməklə özü də zənginləşir (S.Rəhimov); Qəlbimiz cırlaşır, yoxsullaşırsa, O qəlbi boğmağı bacarmağımız (X.Rza).
Onda böyük zənginlik arzusu var idi (Çəmənzəminli); Mən onun üçün aǧlayıram ki, sənə korluq, yoxsulluq peşəsi öyrətdim (Mir Cəlal).