Qız da nə isə başqa milis işçilərindən bir az seçilən bu zabitəli oǧlana baxıb gülümsündü (H.Seyidbəyli); Bəndalı necə dili yumşaq, sözünü bilən qanacaqlı olmuşdu (Mir Cəlal).
İstəyir cənnəti zahid bu qədər hiylə ilə; Əbləhin fikrini gör, dildə təmənnasına bax (S.Ə.Şirvani); Rind hər şeyi danan, qeydsiz və laübalı adamdır.
Heç birimiz müqəddəslik və zahidlik iddiası etmirik (M.F.Axundzadə); Gəl sən rindlikdən əl çək.
Bu, Cahan xanım kimi zalım və qorxulu deyildi (M.İbrahimov); Mötəbər hədisə görə, üç nəfər adil şahid şəhadət versə, ...övrətin nikahı fəsx hesab olunur (Mir Cəlal).
Biz onları kəndimizin Şahmar kimi zarafatcıl gəncləri ilə qarşılayaq (İ.Əfəndiyev); Xəlil əslində qaradinməz adam idi... (Mir Cəlal).
Hünərdir keçirən bizi hər oddan; Olarmı hünərə zaval, ay Maral (B.Vahabzadə); Yollarda yubanmış əsgər məktubları yenidən evimizə ümid, sevinc və
inam gətirdi (Y.Əzimzadə).
Mən səndən nə istəyə bilərəm zavallı qadın (C.Məmmədov); Sən nə qədər xoşbəxtsən, Reyhan... (M.Hüseyn).
Öküzün taydı, işin zaydı (Ata. sözü); Şəhərin ən yaxşı saraylarını o yaratmışdı (M.Hüseyn).
Səlim çox zehinli uşaqdır (İ.Şıxlı); – Ay küt, niyə başa düşmürsən, “liçni delası” odur ey, göz qabaǧında (Mir Cəlal).
Qayçılayanlar isə şüşə kimi aǧ, qara salxımları zədəli gilədən təmizləyirdilər (Mir Cəlal); Gənc saǧlam salxımları bir tərəfə qoydu (“Jurnalist”).
Yazır tarixlərə uǧurlu zəfər; Bizim qəhrəmanlar,
bizim igidlər (S.Rüstəm); Bütün başqa yollar
məǧlubiyyətə, ölümə aparır (M.Hüseyn).
Daima zəhərlər şirinlərin dalında gizlənir (M.S.Ordubadi).
Havada mıǧmıǧa sancır insanı; Dönüb zəhərlənir insanın qanı (S.Vurǧun); – Çarpayı... Ana, ay ana mən saǧalacaǧam, elə deyilmi? (M.Hüseyn).
Həftələr, aylar keçir axşamlı-səhərli; Bəzən şirin, bəzən zəhərli (R.Rza).
Ancaq indi ona aydın oldu ki, buradakı zəhmətkeş adamlar çox sadədirlər (S.Vəliyev); Yoxsa, bu tənbəldən sənə nə arvad olacaqdır (S.S.Axundov).