Qadınlardan birisi yuxa yayır, o birisi də çevirirdi (Ə.Vəliyev); Hədiyyə bir parça çörək götürüb qəzetə bükdü (Mir Cəlal).
Yazda çalan, qışda oynar (Ata. sözü).
Ey, da dıǧ olduq, gah deyir yaz, gah deyir poz (Anar).
Yazıya pozu yoxdur (Ata. sözü).
Bu yazıq qız heç də satqın adama oxşamır (C.Əmirov); Yaxşı, ay dələduz! Bir danış görək; Neçəyə satmısan yox vicdanını? (S.Vurǧun).
O bütün yazıqlıǧı, kimsəsizliyi ilə göz önündə canlanır (Mir Cəlal); Mən Mirzənin də dələduzluǧunu görmüşəm (S.Rəhimov).
Bu dediklərinizi yazılı surətdə təsdiq edirsinizmi? (T.Kazımov); Bu nəticə hələlik həkimin şifahi rəyi idi (T.Kazımov).
Məqalənin nə yazılışı, nə də pozuluşu məni açdı (“Azərbaycan gəncləri”).
Çox tez yazlamısan (“İzahlı lüǧət”); Bizimlə qışlayır fəqət dolaşa, sərçə, saǧsaǧan (A.Səhhət).
Yoxsa biz bostan üçün, yazlıq əkin üçün ayırdıǧımız sahəyə su çatdıra bilməyəcəyik (Ə.Əbülhəsən); Pəri nənə öz qışlıq azuqəsini yıǧmışdı.
Önümdəki dəftərə bir çox şey yazdım, pozdum (S.Rüstəm).
Qaz lələyi qanun yazar (Ata. sözü); Zaman silər ürəklərdən naləni (S.Rüstəm).
Şura hökumətinin təkliflərini ürəkdən, yekdil, yekcəhət alqışlamalıyıq (Ə.Haqverdiyev); Bu məsələ barədə fikirlər müxtəlifdir.
Birisinin qulaqları yekədir (C.Əmirov); Tayqılça Kazım indi də izdihamı yarır, balaca adamların başından axsaq qarǧa kimi addayıb oturdu (Mir Cəlal).
Çoxları üzünə durdular; Könlünü qırdılar; Nə deyim o yekəbaşlara?! (M.Müşfiq); Əşrəf hər oǧulun tayı deyildi. Hələ bu mahalda onun kimi gözəl-göyçək, qanacaqlı, mərifətli bir oǧul yox idi (İ.Şıxlı).