Qaçqınlar hamısı yaxındakı şah tutluǧa tərəf yüyürdülər (Ə.Vəliyev); Hərbi adamın nəzərlərini uzaqdakı daǧlar cəlb etdi (S.Vurǧun).
Sofi, yaxınlıq da, uzaqlıq da insanın öz içindədi (Elçin).
Qumru bunları toplayıb gətirər, pisini evdə yandırar, yaxşılarını qom-qom baǧlayıb qonşulara satar, təndir çörəyin dəyişərdi (Mir Cəlal).
Yaxşı da, yaman da olsa, hökmdar, öz mətbəxinizdir (A.Şaiq).
Tapdıq vücudca yaxşılaşmışdır (Ə.Vəliyev); İşlərin qızışan zamanında aramız daha da xarablaşır (M.İbrahimov).
Dünyada nə yaxşılıq itər, nə də yamanlıq (M.İbrahimov).
Dərəni keçib düşmənin müdafiədə durduǧu yala qalxmaǧa başlarkən birinci güllə atıldı (Ə.Əbülhəsən).
Mən yalan danışmaǧa adət eləməmişəm (C.Əmirov); Oǧlanın dedikləri doǧru çıxdı (C.Əmirov).
Yalan cəzanızı artıra bilər (Mir Cəlal); Bizə dürüst məlumat lazımdır (C.Əmirov).
Yenə də yalan danışırsınız, yoldaş Razumov (C.Əmirov); Bu suala lap düzgün cavab verə bilmərəm, qadan alım (C.Əmirov).
Həftələrlə qalıb ac; Dolanırdı yalavac (A.Şaiq); Müdam ələ baxır... lakin ac deyil; Onun qarnı toxdur, gözləri acdır… (O.Sarıvəlli).
Yalın ayaqları dizlərinədək palçıǧa batmışdı (Çəmənzəminli); Tirmə şal geyimli, qara saçlılar; Hər tərəfə zər nişanlar dolanır (Aşıq Ələsgər).
Bu dünyada şir də yalqız qalmasın; Qardaş gərək cüt dayana yan-yana (Aşıq Ələsgər).
Arvad Cumanın... yamaqlı çəkməsini geydi (Ə.Əbülhəsən); Sökük köynəyindən qolu görünürdü (“Ulduz”).
Yamaqlı ayaqqabılarda gəzərək pul yıǧırdı (C.Əmirov); Ayaqqabıları yırtıq idi.