Bu xain yenə xəbərə getdi (A.Şaiq); Sadiq yoldaşdır, ona sirrini deyə bilərsən (“Ulduz”).
Məzlum qorxaq idi, qorxaqlıqla xainlik eyni şeydir (S.Vəliyev); Sadiqlik kəlməsi onun dilindən düşmür (“Ulduz”).
Hə, bacı, mən əminəm ki, bu xalis brilyantdır (C.Əmirov); Bu rənglərin qarışıq naxışı; otaǧımı baharlayır; ətirlər, könül dolusu qalaydı (R.Rza).
Çünki mən görürəm ki, sən xam adamsan (C.Əmirov); O, professorun qabaǧında oturan lap təcrübəli casusdur (M.Hüseyn).
Yazıq kəndli xan yerini sürür kotanla (S.Rüstəm).
Xana nökər olanın ayaǧını daş aparar (Ata. sözü).
Mən gözləyirdim, əvvəl yol xanımındır, sonra qulluqçunun (S.S.Axundov).
Xanımlıǧa gəlməmişəm (A.Şaiq); Sənin elə peşən qulluqçuluq olub (A.Məmmədrza).
Aǧsaqqallar gəlib xanlıq dəyirmanının yanında xanı gözləsinlər (Ə.Haqverdiyev); O bir neçə ilə nökərlik etmişdir (A.Məmmədrza).
Ah! Ey cavanlıǧın gülü; Nə tez soldun, xarab oldun? (Ə.Cavad); Kör- pənin nəfəsidir; Səhərin saf küləyi (B.Vahabzadə).
– Uşaq xarabdır, Zəhra, xarabdır (M.İbrahimov); İndi uşaq yaxşıdır, gəzir (Mir Cəlal).
Ölkə abad ikən, dəyirman xarab idi (Ata. sözü).
Xarabalıqdan abadlıq axtararsınız (C.Cabbarlı).
Həzərat! Özünüzə məlumdur ki, dünya getdikcə xarablaşır, yəni mən onu demək istəyirəm ki, bu dünya getdikcə xarab olur... (Ü.Hacıbəyov); Bəhmən bir az arıqlamışdı, amma aǧarmışdı, yaxşılaşmışdı (İ.Məlikzadə).
Bahar fəsli təzəcə daxil olmuşdu (Ə.Haqverdiyev); O zaman Kipiani ələ keçdi. Əhmədi isə məktəbdən xaric etdilər (İ.Şıxlı).