Uşaq, böyük hamı bir-birinə qarışmışdı (Mir Cəlal).
Elə qocaldıqca uşaqlaşır; Mənim qoca anam
qocalır hər gün (C.Novruz).
Bir dəfə o, uşaqlıq xatirələri ilə baǧlı olan bir kənddə işləmişdi (S.Vəliyev); Yaşca böyüklüyü mənim qarşımı kəsdi (“Ulduz”).
Uşaqlıqda məni itirsəydilər, daǧda tapardılar (S.Vəliyev); Elə indi, qocalıqda da şüurun vardır (M.Talıbov).
Çimnaz, uşaqlıqdan gülmədi baxtım (S.Rüstəm); Lap qocalıqdan da uzaqlaşır o (C.Novruz).
Adilə bir qədər utancaqdır (C.Əmirov); Sırtıq uşaqdır, üz vermə (“Ulduz”).
At bu utancaqlıǧı, qoy gəlsin eşqin dilə (S.Rüstəm); Böyük oǧlan olsa da, sırtıqlıǧından əl çəkməyib.
Xan məndən utanır, çəkinir bir az; Mən getsəm, qırǧının hesabı olmaz (S.Vurǧun); Sırtıqlaşıb, özünüzü biabır etməyin.
Bunlar hamısı uydurmadır (M.İbrahimov); Doǧru sözün boyu qıldan nazikdir (Ata. sözü).
Qoca dedi: – Vaxt var ikən gedək; Mənzil uzaq, ömür gödək (R.Rza).
Bura yaxın, uzaq ellər axışıb gəlmişdir (S.Qədirzadə).
Bir xəstə uzanmışdı yerdə üst-başı açıq (S.Rüstəm); Gülşən söz alıb ayaǧa qalxdı (Ə.Vəliyev).
Gah uzun olur bu yol; gah qısa (R.Rza).
Uzunboylu, arıq bir adam ona doǧru gəlirdi (A.Şaiq); ...Cibgirin qısaboylu, arıq bir oǧlan olduǧunu, bu gəncə qətiyyən oxşamadıǧını bilirdi (C.Əmirov).
Yaşıl önlüklü, sarışın gursaçlı, uzundraz bir oǧlan qapıda göründü (“Azərbaycan”); O boyca gödərəkdir (“Azərbaycan”).