Xülasə hər iki oǧru yaxınlıqdakı uçuq hasardan aşdılar (M.Talıbov); Buranı abad edə bilməzdilərmi? (S.Qədirzadə).
İndi mənə qalan ancaq bu uçuq daxmadır (S.S.Axundov); Neçə tikili evlər yarımçıq qalıb.
Uçulacaq o bir gün zərbəmizlə kökündən (S.Rüstəm); Birmərtəbəli, dördkünc məktəb binası hər tərəfi açıq bir meydançada tikilmişdi (M.İbrahimov).
Nəhayət, uçunma tez dəf oldu (Ə.Haqverdiyev); Birdən bədənində qızışma hiss etdi, tərlədi (“Ulduz”).
Belədir insan, bir yandan uçurur, bir yandan qurur (S.Vurǧun).
Özün yaxşı bilirsən ki, mən istədiyimi tikərəm və tikdiyimi də bir göz yumub açınca uçuraram (Ə.Haqverdiyev).
Yolun aşaǧısı uçurum idi, dibindən çay axırdı (Çəmənzəminli); Düz yerdə gəzə bilmir, şumda şıllaq atır (Ata. sözü).
Toyuǧun uçuşu zibilliyə qədər olar (Ata. sözü); Təyyarənin eniş vaxtı yaxınlaşır.
– Oǧlum, ayaǧın uǧurludur (A.Şaiq); Qonşunun ayaǧı aǧırdır (M.Hüseyn).
Polkovnik onlara uǧurlu yol diləyib getdi (S.Qədirzadə); Müvəffəqiyyətsiz tamaşa idi.
Çox uǧursuz adamdır (M.Hüseyn); Səfəriniz müvəffəqiyyətli idi (“Ulduz”).
Qəbul et həyatın ulu səsini (S.Sərxanlı); Müasir Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri S.Vurǧundur.
Bu saat əcdadının ululuǧunu aparıb Nuha çıxaracaqdır (S.S.Axundov); B.Vahabzadənin başqa kamil cəhətlərindən biri də odur ki, şair öz əsərlərində tarixi müasirlik qədər yaşada bilir (Ç.Aytmatov).
Yenə hər şeyi unutdu (Mir Cəlal); Pəri xala bir az da cəsarətləndi, müəllimlərin xahişini xatırladı (M.İbrahimov).
Mən iyirmi ilin ustası, sən iki ilin şagirdisən (Mir Cəlal).