Hələ bu nə ucudur, nə ortası, çox şey görəcəksən (Ə.Haqverdiyev).
Baǧının ucunu aǧzına alıb çeynəyirdi (İ.Şıxlı); Gözlərimin qanadı; Söndürdün son ulduzu... (R.Rza).
Alçaq uçan ucaya qonar (Ata. sözü).
Biri boyda gödəkdi, biri xeyli ucaydı (M.Rahim).
Anam deyər ki, onların məktəbində balacaboylu uşaqları qabaqda, ucaboyluları dalda oturdurlar, müəllimin yazdıǧını gərək hamı görsün (M.İbrahimov).
Bu sözlərdən qaşı çatılan zabit öz batıq səsi ilə bir az da ucadan xəbər aldı (M.Hüseyn); Məyus halda bir neçə dəfə kirpik çalaraq, ona baxıb susdu, sonra astadan soruşdu (S.Qədirzadə).
Dostunun boyca ucalıǧına həsəd apardı (“Azərbaycan”); Səməd öz boyunun balacalıǧından birinci dəfə heyifsiləndi (M.İbrahimov).
Arzu göylərində qoşa ucalmaq; Durubsan ulduzlar sırasında sən (S.Tahir); Aǧılların uçurumuna ütü çəkməli; Ürəklərin zülmətinə enmək istədi (M.Araz).
Gələrəm dalınca bir ucqar baǧa; O səkir arxayın yaşıl otlaǧa (M.Rahim); Yaxın bir yerdə görüş təyin etdilər (“Ulduz”).
Lap ucuz verirəm, al, baha qiymətə sat (S.Vəliyev).
Artezian quyusu həm ucuz başa gələr, həm də həmişəlikdir (Ə.Vəliyev); Düzü, ən bahalı paltar geyəndə; Mən belə ürəkdən sevinməmişdim (C.Novruz).
Şirindir sənətin, şerin neməti; Lakin ucuzlaşmış onun qiyməti (S.Vurǧun); Xarici ölkələrdə qiymətlər günü-gündən bahalaşır.
Ucuzluqda alıcının, bahalıqda satıcının üzünü görmə (Ata. sözü).
Ona elə gəldi ki, uçur; günəşdir, kürəyini yandıran (R.Rza); Qalxdıqca qatar; buludlar endi yavaş-yavaş (R.Rza).
Öyünməyin, sizdən daha uzaqlara uçuruq; Sevinclər könlümə qondu quş kimi (S.Rüstəm).