Xüsusi və mücərrəd mənalı isimlərdən başqa bütün isimlər kəmiyyət etibarilə tək və cəm olur (“Müasir Azərbaycan dili”).
Ancaq tək yox, cüt gələcəyəm, ana! (S.Qədirzadə).
Burada təkbaşına gəzim, dolanım; Sabahı düşünüm, dünəni anım (H.Hüseynzadə); Birgə işin səmərəsi yaxşı olur.
Uşaqlarla təkbətək; Salamlaşıb görüşdü (C.Cəmil); Hamısı birgə oturub durardı (“Azərbaycan”).
Ah, siz yenə də təkəbbürlü və məǧrursunuz
(M.İbrahimov); O, təvazökar və mədəni bir şəxs idi (Ə.Əbülhəsən).
Bu təğyirdən Nurəddin bir o qədər qəm çəkmirdi. Çünki təbiətində təkəbbürlülük, təşəxxüslük yox idi (S.S.Axundov); Ay pir olmuş, mən başa düşürəm ki, siz təvazökarlıq edirsiniz (İ.Fərzəliyev).
Mirzə Məlik elə düşünürdü ki, Yədulla hiylə işlədib onu təkləmək istəyir (C.Əmirov); Sonra birləşdirməyə can atdılar (“Azərbaycan”).
Son dövrlərdə büro üzvləri səhlənkar kolxoz sədrini təkləmişdilər (V.Babanlı); Ayaqlarını cütləyib balaca Lidanın önündə dayandı (İ.Şıxlı).
Təklik də mənə əl verməz (Ə.Haqverdiyev); Məsələni cütlükdə həll etmək olar.
Ancaq inanın ki, mənim heç bir təqsirim yoxdur (C.Əmirov); Artıq bəraət qazanacaǧına əmin olan Rantik sevindi (C.Əmirov).
Belə bir təlaş içərisində sahibimin qızını xatırladım (M.Talıbov); Hər natiqin parlaq sözü bir sevincin dəryasıdır (S.Vurǧun).
Həlimə təlaşla soruşdu (C.Əmirov); Sakitcə sualların danışıǧına qulaq asar (İ.Şıxlı).
Aciz, təlaşlı; Qızcıǧaz titrədi, gözləri yaşlı (M.Rahim); Ona görə ki, mən səndən arıǧam, darısqal keçiddən rahat aşaram (S.Qədirzadə).
– Şübhəsiz haqlısan tələbində sən; Söylə nə etmək ki, daǧılır Vətən (S.Vurǧun); Xahiş edirəm, dərmansəpənlər səhər gəlsinlər, özünlə işləyəcəklər (Ə.Vəliyev).
Professorlar hər bir tələbəyə çox tələbkar yanaşırlar (M.Hüseyn); Səhlənkar adamdır, onu nəzarətsiz qoymaq olmaz (“Ulduz”).