Gec gəldi, tez öyrəndi (Ata. sözü).
Arabaçıların biri ilə danışıb səhər tezdən yola çıxdı (Mir Cəlal); Gec tərpəndi (A.Şaiq).
Onun məzuniyyətə çıxması, nədənsə tezləşdi. Onun gecikməsi işi də ləngidirdi (M.İbrahimov).
Bir də ki, bu ancaq faciəni tezləşdirər... (M.İbrahimov); O gah yavaşıyır, gah bərkiyir, gah da dayanaraq ora-bura boylanırdı (S.Rəhimov).
Hərgah üz görsəydin, bu tezlikdə getməzdin (Ə.Vəliyev); İşin ləngliyi rəhbərliyi narahat edir (“Ulduz”).
Bizim pambıq sifarişi qədərinin azalması da təbiidir (Ə.Haqverdiyev); Biz içəri girən kimi Sərdar Rəşid saxta təbəssüm və süni bir məhəbbətlə bizi qarşıladı (M.S.Ordubadi).
Bu təbiilik onlara daha gözəl bir görkəm verirdi (İ.Şıxlı); Onun bu hərəkətlərindən bir sünilik, naşı bir hiyləgərlik duyulurdu (Mir Cəlal).
Bədirzadə ilə Anarbayevi təcili qərargaha çaǧırtdırdı (S.Qədirzadə); Çox yavaş yeriyirdi.
Mən bu xüsusiyyəti bircə dəfə sizdə təcrübədən keçirtdim (M.S.Ordubadi); Nəzəriyyə təcrübəsiz kordur (“Fəlsəfənin əsasları”).
Əziz əsərinin həm nəzəri cəhətinə, həm təcrübi tərəfinə tamamilə inansa da, yenə də ürəyi sakit deyildi (Ə.Vəliyev).
Ürəyinin döyüntüsü tədricən artdı (“Ulduz”); Birdən həkim başını qaldırdı (C.Məmmədov).
Sifətindəki pərtlik tədricən yoxaldı (S.Qədirzadə); Nə daǧlılar səni, nə kazak məni; Qəfildən atəşə, gülləyə tutmaz (M.Rahim).
Məgər mən təhlükəli bir iş görürəm? (İ.Şıxlı); Rahat işdir, ondan adama zərər gəlməz.
Hadisə qorxulu deyil, təhlükəsizdir, ötüb keçər (“Ulduz”).
Badam xala tək qalmışdı (M.Hüseyn); Onlar birgə ayaǧa qalxdılar (C.Əmirov).