Saysız ulduzlar; nəhayətsiz fəza; insan iradəsinə tabe deyil (R.Rza); Uç, Səhər, müstəqil həyatın gözəl! Qırılmaq bilməyən qanadın gözəl! (M.Müşfiq).
Tabeli mürəkkəb cümlədə baş cümlə müstəqil, budaq cümlə isə tabelidir.
Bu sözü müstəsna tabelik ifadəsilə deyib, ikiqat oldu (Mir Cəlal); Kəbin zəncirini boynuna salıb, ixtiyarını əbədi olaraq ona vermək həm öz müstəqilliyini itirəcəkdi, həm onun məhəbbətini soyudacaqdı... (M.İbrahimov).
Geyin xara, geyin ipək; Boynuna tax daş-qaşları (S.Vurǧun); Cibindəki kaǧızları çıxartdı (H.Nadir).
Bu saat talaǧını verib səni boşayacaǧam (S.S.Axundov); Usta Qafar, bu sözdən sonra bu arvadın nikahı pozuldu (S.S.Axundov).
Məsələ tam həll olundu. Hə, kapitan, sözüm yarımçıq qaldı (C.Əmirov).
O bilirdi ki, anası tamahkardır (İ.Fərzəliyev); Gözütox adamın müdrik göz yaşı; Qorxunun tikili binası – insaf (S.Tahir).
Ancaq bir neçə vaxtdan sonra tamahkarlıq Baloǧlana güc gəldi (C.Əmirov); İnsandakı yaxşı cəhətlər elə gözütoxluqla da baǧlıdır (“Azərbaycan”).
At minicisini tanıyar (Ata. sözü) Ay İnci, guya mən evli olduǧumu danıram? (S.Rəhman).
Qaçqın köhnə bir tanış kimi salam verdi (S.Vəliyev); Yad adam gülümsəməyə çalışdı (A.Şaiq).
Hər təzə tanışlıq ömrə açılan pəncərədir (S.Sərxanlı); Bilirdilər ki, bu çəpərlər ən dərin ayrılıǧın, yadlıǧın başlanǧıcıymış (M.Süleymanlı).
Bu itki anayçün aǧır olsa da; Bu məǧrur ananın əyilməz başı... (S.Rüstəm); Bu mənim üçün təzə tapıntı idi (H.Nadir).
Uşaqlıqda məni itirsəydilər, daǧda tapardılar (S.Vəliyev).
Döşəmədən tavana qədər, sükut var otaǧında (R.Rza).
Qatırımın axsaq ayaǧı girsin sənin kor gözünə, hələ o tay gözüvü də çıxartsın, töksün ovcuna (C.Cabbarlı); Sənin o cüt gözünü bir deşikdən çıxardaram (Ə.Qasımov).