Abbas bəy, bu böyüklükdə şəhərdə necə sakitlikdir (Ə.Haqverdiyev); Şəhərdə böyük hərc- mərclik var (S.Vəliyev).
Gecə yuxuda gah məni qayadan atırlar, gah quyu dibinə salırlar (Ə.Haqverdiyev); Quyudan xeyli daş çıxartdılar (“Azərbaycan”).
Aǧız boşluǧunda maneəyə rast gələrək tələffüz edilən səslər samit, əksinə, maneəsiz tələffüz olunan səslər isə sait adlanır.
Rəngi günü-gündən saralır (Ə.Haqverdiyev); Məhtabanın rəngi aǧarmışdı (S.Rəhimov).
Dodaqları gah qızarır, gah saralır, gah da kətan kimi aǧarırdı (C.Cabbarlı).
Üçüncü həftə idi ki, o, gözləri sarıqlı gəzirdi (S.Qədirzadə); Qolları açıq gəzir (A.Məmmədrza).
Bu saat gətirim, tənziflə sarıyım (M.İbrahimov); İndicə açacaǧam, sən aǧlama, yaxşımı? (M.Süleymanlı).
Bir də qapı açıldı və içəriyə ortaboylu, sarışın, dedikcə zərif bir xanım girdi (Çəmənzəminli); Saqqallı kişi qaraşın oǧlandan beş min frank alıb cibinə qoydu (S.Qədirzadə).
Bu sarsaq fikirlərin; Cəlal bir əsiridir (S.Vurǧun); Hər şeydən əvvəl kəndimizə müxtəlif peşə sahibi olan aǧıllı adamlar lazımdır (Ə.Vəliyev).
Sənsə sarsaqladın (Mir Cəlal); Əgər aǧıllanmısansa, mənə yenə yoldaş Mərdanov deyə bilərsən (S.Qədirzadə).
Sarsılır cümlə əqrəbası onun; Daima yaslı, daima məhzun (H.Cavid); O, çəkişmələrdə, vuruşmalarda möhkəmlənmişdi (“Ulduz”).
Gözlərin mənliyimi sarsıdır (C.Cabbarlı); Sənin sözlərin ona təsəllidir, onu möhkəmlədir.
Satira nöqsanlara və zəif cəhətlərə istehza deyil, nəcib bir şimşək və ildırım allahıdır (V.Belinski.); Komediyanın əsasını acı gülüş təşkil edir ki, bu da tənqid üsullarından ən qüvvətlisidir (F.Qasımzadə).
Satirik və komik əsərlərdən isə mütləq müsbət qəhrəman istəmək, məncə, doǧru olmaz (M.İbrahimov).
Sənə bir savadlı adam lazımdır (Ə.Haqverdiyev); Biliksiz ömrün nə mənası var? (S.Rüstəm).