R.Rza real həyati hadisələri qələmə alırdı. Körpəlikdə onun üçün yanmaq anlaşılmaz, lap xəyali bir şey imiş (M.İbrahimov).
Əvvəl küfrü ilə qorxudurdu; İndi rəǧbəti ilə qorxudur (R.Rza).
Aslan bütün komandir heyəti üzvləri ilə yaxından tanış olmuş və onların böyük rəǧbətini qazanmışdı (S.Vəliyev); Xalqın qəzəb və nifrətinin həddi yox idi (S.Vəliyev).
Ancaq bilirəm ki, siz rəhmdil bir adamsınız (C.Əmirov); Dünyada zindan və zalım qalmayacaqdır (M.İbrahimov).
Rəhmdillik eləyirik, sonra da əzabını çəkirik (S.Vəliyev); Şahın zalımlıǧı hamıya aydın idi.
Doǧrudan da Rade rəhmli adam idi (S.Vəliyev); Ay insafsız, yəni sənin hərəkətə gələn vaxtın
olmayacaq? (İ.Fərzəliyev).
Nə üçün şahların çoxu öz rəiyyətlərinə qarşı rəhmsizdir? (M.Talıbov); Mən sizi bir insaflı adam kimi tanıyıram.
Rəiyyət nə qədər avam olsa, bir elə bəy üçün məsləhətdir (Ə.Haqverdiyev).
Arvad tayfası bir şeydir ki, gözü tutub, ürəyi yapışandan sonra nə bəylik axtarır, nə rəiyyətlik (Ə.Haqverdiyev).
Yəni yük daşımaqdan ötrü mənə rəsmi paltar geyindirdilər (M.Talıbov); Adi paltarda bizi qarşıladı (“Ulduz”).
...Bu qəhrəman bir daha ayaǧa qalxmaq, qılınc vurmaq üçün özündə bir mətanət və qüdrət, ruh və rəşadət tapacaqdımı? (M.İbrahimov); Qorxaqlıqda tayı yoxdur.
Eşq olsun rəşadətli Azərbaycan Ordusuna! Qorxaq nə zərər edər, nə mənfəət (Ata. sözü).
Bu fəzilət deyil, rəzalətdir (H.Cavid).
Anri lənət yaǧdırır: Rəzil mütləqiyyətə! (B.Vahabzadə); Moskvada ləyaqətli bir işə keçdi (M.İbrahimov).
Onu göndər mənə, budur bir ricam; Qoy səndən uzaqda duyum iyini (R.Rza); Əmrinizin dalını buyurunuz (S.S.Axundov).