Bu qarmaqarışıqlıq içərisində, bu həyəcanlı günlərdə Münəvvərin sevgilisi haradan gəldi, məni necə tapdı?! (S.Qədirzadə); Bir qrupun şagirdləri nizamlılığı ilə o biri qruplardan seçilirdi.
Qarnıtox adamla yoldaşlıq eləmək çox asandır, amma gözüacla dolanmaq, yol getmək dəhşətdir.
Baxınız, qarşımı tutmuş bir axın; Güclüdən güclü, dənizdən daşqın (M.Müşfiq); Qız arxası üstə uzanıb kitab oxuyurdu (N.Nərimanov).
Aǧır yaralanmış o qart canavar, qəzəblə sıçrayır hey üstümüzə (S.Vurǧun); Yaxın gəlin, cavan oǧlan (S.Qədirzadə).
Sülhün qart düşmənləri titrəşir əbəs (Ə.Cəmil); Mülayim və yumşaq səsi dəyişdi (M.İbrahimov).
Bu sürünün keşiyini çəkən toplan artıq qartlaşmışdı. Qocaların da könlündən cavanlaşmaq keçir.
İtin qartlıǧı çox pis olur. Kamalın cavanlıǧına baxma, tanınmış neftçidir (S.Qədirzadə).
Pozmamışdır vüqarını nə qasırǧa, nə tufan (S.Rüstəm); Axşam qaranlıǧı düşdüyünə baxmayaraq, hava hələ bürkü idi (S.Rəhman).
Dəniz qasırǧalı, dəniz əsəbi; Daǧ kimi dalǧalar verib əl-ələ (O.Sarıvəlli); Bürkülü iyun günlərinin birini Murad Kür qıraǧındakı söyüdlükdə, Əziz isə təcrübə tarlasında qarşıladı (Ə.Vəliyev).
Xudayar bəy qaşqabaq ilə cavab verdi (C.Məmmədquluzadə); Səməd kişi bizi üzügülər qarşıladı.
Elə et ki, sıyıq qatı yox, duru olsun (“Azərbaycan qadını”).
Görürsən? O imiş qatı düşmənim; Onu yandırsam da, haqqım var mənim (S.Vurǧun); Görünüşdən rəhmli adama oxşayır.
Meşədə, daǧda, güd, qanlı qatili güd (S.Rüstəm); Zavallı qadın nahaqdan üç il günahsız müqəssir olmuşdur (S.Qədirzadə).
Az sonra ehtiyat çəninə axan maye qatılaşmaǧa başladı (Ə.Vəliyev); Qatı maye su qarışdıqca duruldu (Ə.Vəliyev).
Çən get-gedə daha da qatılaşırdı (M.Hüseyn); Axşamdan uǧuldayan külək səhərə yaxın zəiflədi.