Sərxan əlindəki fənəri yuxarı qaldırdı (M.Hüseyn); Əlindəki boşqabı yerə saldı (“Ulduz”).
Şinelinin qalxıq yaxasından üzü və çuxura düşmüş gözləri də güclə görünürdü (Ə.Əbülhəsən); Ay işıǧında onun yatıq üzü nurlandı (“Ulduz”).
Kərim dayı cəld yuxarı qalxdı (M.İbrahimov); – Yoxdur, xanım, yoxdur! – deyib cəld geri döndü və həyətə düşdü (M.İbrahimov).
Günəş yavaş-yavaş qalxırdı (S.S.Axundov); Arvad yerə sərildi (S.Vəliyev).
Fəhlələr qayıqdan düşüb buruǧa qalxdılar (M.Hüseyn); Yıxıldı şah palıd, qopdu xan çinar; Daşlar bir-birinə dəyib apardı (H.Hüseynzadə).
Qalın dodaqları gömgöy kəsilir; Canından istilik uçub əskilir (S.Vurǧun); Gözəllərin gərək incə belləri; Qənddən, nabatdan şirin dilləri (Aşıq Qurbani).
Rade qoltuq cibindən köhnə cildli, qalın bir dəftər çıxardıb Silvaya göstərdi (S.Vəliyev); Qızın nazik, qırmızı dodaqları aǧ sifətinə xüsusi bir gözəllik verirdi (S.Vəliyev).
Saman və ot tayaları, qalın kol-kos, yaşıl aǧaclar islandıqca havanı xoş bir ətirlə doldururdu (M.İbrahimov); Seyrək kirpiklərindən yaş gilələndi (S.Qədirzadə).
Yavaş-yavaş payız qışa çevrilir, bacaların tüstüsü qalınlaşırdı (M.İbrahimov); Sarıya çalan bığları seyrəlmişdi (S.Qədirzadə).
Dərin dərənin içi ilə qumluq aşaǧı axan suyun yanlarını kaǧız qalınlıǧında buz tuturdu (S.Rəhimov); Elələri də çoxdur, heç bir incəlik bilmir, hər şeyin astarını dartıb çölə tökürlər (M.İbrahimov).
Meşənin qalınlığından keçmək olmur. Pambıq kollarının seyrəkliyi məhsulun artımına təsir göstərir.
Şəhərdən gələn bütün təbliǧatçılar, məsul işçilər onlarda qalarmışlar (S.Hüseyn); Vaqon çox sürətlə gedirdi (S.S.Axundov).
Toy evində düşmüş böyük qalmaqal (M.S.Ordubadi); Dərəqılınc baǧlarına həzin bir sakitlik çökmüşdü (S.Qədirzadə).
Qalmaqallı işlərlə işim yoxdur (“Ulduz”); Kənd qaranlıq və sakit idi (M.İbrahimov).
Rəşid... qamətli bir qızın ardınca düşüb heç yana baxmadan tələsik gedir, özünü ona yetirməyə çalışırdı (M.Hüseyn); Atamın büsbütün yöndəmsiz bir surəti də onların arasında idi (S.Qədirzadə).