Üzünü Silaya tutub mülayim və mehriban səslə dedi (S.Vəliyev); Yollar uzun, mənzil uzaq; sərt daşlara dözmür ayaq (R.Rza).
O gündən onların arasındakı mehribançılıq ədavətə çevrilir (M.İbrahimov); Ətiacılıq onun canında var (M.Hüseyn).
Günəş mehribanlaşır; Baǧçada gül üşümür (R.Rza); Mələyin ürəyi sərtləşirdi (M.İbrahimov).
Əhməd onun səsindəki süni mehribanlıǧı duydusa da, üstünü vurmadı (İ.Şıxlı); Elə ətiacılıǧı onu hörmətdən salmışdı (S.Qədirzadə).
Dostun olsa rəşadət; Mehribanlıq, ədalət (M.Rahim); Surxayın sərtlik və ehtiyatkarlıǧı ailədən xaricdə özünü göstərirdi (M.İbrahimov).
Qızcıǧaz hansı tərəfə qaçsaydı, hər yerdə onu bu cür aǧır, məcburi əziyyət gözləyirdi (S.Qədirzadə); Könüllü dəstəyə qoşuldu (“Azərbaycan”).
Məchul bir vahimə ikimizi də sarsıtdı, divara sıxıldıq (M.İbrahimov); Aslan yatışından da bəllidir (Ata. sözü).
Məgər mənim mədaxilim budur? (Ə.Haqverdiyev); Bu da kolxozun məxaricini xeyli azaltdı (M.İbrahimov).
Mədəni adam belə yerlərdə yaşaya bilməz (C.Cabbarlı); Qorxma, sən kobud deyilsən axı (M.İbrahimov).
Oǧlan mədəniliyindən başını aşaǧı saldı və cavab vermədi (Ə.Vəliyev); Danışanın sözünü kəsmək ədəbsizlik hesab olunurdu (M.İbrahimov).
Zeynalın mədəniliyi qarşısında donub qaldı (S.Qədirzadə); Hətta bu ahəngdə, səndəki kobudluǧun xoş gəldiyini bildirən bir məna da vardı (M.İbrahimov).
Orada gördüyü yüksək mədəniyyət və tərəqqi nümunələri onu ruhlandırır (F.Qasımzadə); Əl çək bu cəhalətdən, ata! (M.İbrahimov).
Bacarıqsız, mədəniyyətsiz əkinçi vardır (Ə.Vəliyev); Tərbiyəli ailədəndir (S.Qədirzadə).
Mən bərkdən danışanları sevmirəm, bunu da bir növ mədəniyyətsizlik əlaməti hesab edirəm (S.Qədirzadə); Onun mərifətliliyinə gəldikdə demək lazımdır ki, bu cəhətdən o başqalarından seçilir (“Ulduz”).
Xoşlanmaz heç vaxt o mədhlərdən (B.Vahabzadə); XIX əsr ədəbiyyatında ayrı-ayrı şəxslərin eyiblərini tənqid edən və fərdi mahiyyət daşıyan həcv geniş yayılmışdır (F.Qasımzadə).