Lap balaca yaşlarında o, ata və anasını itirmişdi (M.İbrahimov); Xalq qız verib quda qazanar, biz qız verib qada qazandıq (Ata. sözü).
Lyudmila özünü itirdi (C.Əmirov); Polad birdən sarsılıb yıxılan kimi olur. Ancaq tez özünü toxtadır (M.Hüseyn).
Pozulmaz bu qardaşlıq, pozulmaz bu ittifaq (S.Rüstəm); Yaddır eşqimizə ayrılıq, ölüm (S.Rüstəm).
Susdu bülbüllərin nədən, orman?! Pozdumu ittifaqını o xəzan? (A.Şaiq); Aralarına tifaq düşdü.
Salman havalanıb pörtərək, eybəcər və iyrənc şəklə düşdü (M.İbrahimov); O gözəl nəǧməni oxusana! (M.Hüseyn).
Mən sənə söz verirəm, artıq bu iyrənc yolu təqib etməyəcəyəm (M.S.Ordubadi); Lakin mən hər şeydən əvvəl namuslu bir atanın oǧluyam (M.Hüseyn).
Bu, gəncliyin ilk iztirabı idi (S.Vəliyev); O ölmüş olsa da, bu vicdan əzabı mənə ömrüm boyu rahatlıq verməyəcəkdir (M.Hüseyn).
Yox, demə dirçəldik, yenə yeridik; Eşqin iztirablı, çətin yolunda (S.Rüstəm); Ah, sən xoşbəxt uşaqsan (S.S.Axundov).