Həlimlik aciz adamların xislətidir (S.Qədirzadə); Sərtlik sizə yaraşmır (“Azərbaycan”).
O qızıl saçların pərişandır; Həmdəmin meydi, bir də hicrandı (S.Rüstəm); Tək-tək şeir yazsan da; Bir şux qıza, gəlinə; Qoy əǧyar sevinməsin (R.Rza).
Həmişə şad görüm üzünüzü mən; Bir aǧrı keçməsin ürəyinizdən (S.Vurǧun); Rəssam olmaǧımı müvəqqəti unutsunlar (S.Vəliyev).
Gərək həmişəlik bizim içərimizdə qalasan (Ə.Haqverdiyev); Mən müvəqqəti Bakıdan çıxıb getmək istəyirəm (C.Əmirov).
O, cavan və hərarətli ürəyi zərif bir şey kimi ehtiyatla ovcuna aldı (C.Məmmədov); Ürəyi buz kimi soyuq idi (“Azərbaycan”).
Bu gündən hazır ol, hərbə girişək; Taxtını-tacını mən alam gərək (S.Vurǧun); Əmiraslan aǧa, mən də, Hacı da sülh tərəfdarıyıq (S.S.Axundov).
Sifətindən hərdən bir şadlıq görünürdü (Çəmənzəminli); Gördün? Gözləri də həmişə gülür (S.Vurǧun).
Hərdənbir ustanın arvadı Ələsgər aǧagilə işləməyə gedir (Çəmənzəminli); Onu izləyir, hər addımbaşı sataşırdılar (İ.Şıxlı).
“Oyun” anlayışını dəqiqləşdirmək üçün Kortasar bu anlayışın hərfi mənasına müraciət edir (“Azərbaycan”); Sözün məcazi mənası mətn daxilində aydınlaşır (H.Həsənov).
O öz məsələsinə arifdir (C.Cabbarlı); Doǧrusu, hərifin təklifi xoşuma gəldi (Çəmənzəminli).
Hərifliyini bilmirəm, ancaq kalandır (C.Əmirov); Onun arifliyinə söz ola bilməz.
O pul, mal-dövlət hərisidir (C.Əmirov); Kimisi onu düz, səxavətli adam, kimisi fırıldaqçı adlandırırdı (İ.Fərzəliyev).
Tüstünü hərisliklə ciyərimə çəkdim (S.Qədirzadə); Səxavətlilik göstərir (M.Süleymanlı).
Badam bacı, biz sizi hərtərəfli təbrikə gəlmişik (A.Şaiq); Hüsaməddin, çox təəssüf edirəm ki, mənim bu sevgim birtərəflidir (M.S.Ordubadi).
Hərzə sözün mərəzi gələr (Ata. sözü); Onun söhbəti şirin və mənalı idi (“Ulduz”).