O güclülüyünə güvənirdi. Bu acizlik, bu zəiflik o dərəcəyə çatdı ki, öz-özündən iyrənməyə, özünə nifrət etməyə başladı (M.İbrahimov).
O sizə qarşı gücsüzdür (C.Cabbarlı); Bu qüvvətli bir axın idi ki, öz təbii məcrasına düşmüşdü (M.İbrahimov).
Gücsüzlüyünü hiss edib inildədi (İ.Şıxlı); Qüvvətliliyini yoxlamaǧa səy göstərdi (“Ulduz”).
Əsli gülərüz və şən qadındır (“Azərbaycan”); Yemişlərin bəzisi qaraqabaq adamlar kimi burnunu yerə dikmişdi (Mir Cəlal).
Gülərüzlü kumıkların, lakların; Aulların qoy mehmansız qalmasın (Abbasaǧa); Kərəm az danışan və qaraqabaq idi (M.İbrahimov).
Söndü o gülərüzlü o günəş, söndü; Ah... o gözəl varlıq torpaǧa döndü (S.Vurǧun); Qaşqabaqlı bacısını çaǧırıb üzündən öpdü (M.İbrahimov).
Güləş qadınlar həmişə şən görünür (“Azərbaycan”); Burada qəmli bir sükut hakim idi (Mir Cəlal).
Mənim də xəyalım sizin kimidir; bəzən kədərlənir, bəzən gülümsər (R.Rza).
Saǧlam gülüş kəndin bütün həyatını yeni bir sevinclə güldürəcəkdir (C.Cabbarlı); Aǧlaşma getdikcə şiddətlənirdi (M.Hüseyn).
Biz də şirin söhbət edərək yeyərdik, danışardıq, gülüşərdik, axırda da Tamam maraqlı naǧıllarını danışardı (S.S.Axundov); Körpə uşaqlar aclıǧa davam gətirməyib aǧlaşırdılar (Çəmənzəminli).
Döyüşçülər nə qədər şən, gümrahdılar! (S.Vəliyev); Hər tərəfdə əzgin kəndlilər bəylərdən intiqam almaǧa başladılar (H.Nəzərli).
Əlli yaşlı olmasına, çəkdiyi əzablara baxmayaraq, çox gümrah idi (S.Vəliyev); Adi paltar geyən Rəsulov özünü yorǧun adam kimi göstərib dedi (C.Əmirov).
İstirahətdən sonra gümrahlaşmışdı (“Azərbaycan”); Bədəni sustalmışdı, sanki aǧac altından çıxmışdı (S.Qədirzadə).
Elə gümrahlaşırsan, elə saflaşırsan ki, deyəsən, heç ömür boyu nə yorulursan burada, nə də qocalırsan (M.S.Ordubadi).
Özündə bir gümrahlıq duydu (“Ulduz”); Ürəyində bir aǧırlıq, beynində yorǧunluq hiss etdi (İ.Şıxlı).