Görürəm, soyuqdan gömgöy göyərmisən. Keç otur qayıqda, əl-ayaǧın qızışsın (H.Nadir).
Nə ürəyim göynəyir; nə sözlər yandırır dodaqlarımı (R.Rza); Otaǧın havası onu qızışdırırdı.
Elə gecə-gündüz gözəl arvad arzulayır (Ə.Haqverdiyev); Özünün arvadı bir çirkin şeydir (Ə.Haqverdiyev).
Belə kafir ataya gözəl balanı vermərəm (S.S.Axundov); İfritə huşunu itirib yerə yıxıldı (M.Talıbov).
Düzlər ətirlənir baharla, yazla; Güllər, çiçəklər də gözəlləşibdir (H.Hüseynzadə); Onun dodaqları əsdi, eybəcərləşdi (M.Hüseyn).
Gecələr hər şəhərə bir cür gözəllik gətirir (S.Sərxanlı); O inanırdı ki, ata haqqında pis düşünmək ən böyük xəyanət və çirkinlikdir (M.İbrahimov).
Kor gəldi, gözlü getdi (Ə.Haqverdiyev).
Gözütox adamlar həmişə rəhmli olur. Gözüac adamlar isə insafsız, rəhmsiz olur.
Sədaqət mənə gözüqanlı adam kimi baxırdı (İ.Əfəndiyev); Az danışır, danışanda gülümsəyir, çox ürəyi yumşaq və mərhəmətli qadındır (M.İbrahimov).
Gözütox adamların haram malla işləri olmaz (“Azərbaycan”); Tamarzı gözlərlə Naznazı şişə çəkirdi (M.İbrahimov).
Sonra da gözüyaşlı onu əsgərliyə yola salıb, heç bir söz deməmişdi (T.Kazımov); Gülər üzünə baxanda adam dərdini unudurdu (“Ulduz”).
Gah sakit, gah gur axıb; Dəhnəsindən darıxıb; Sahilə çıxan sular! (R.Rza).
İşıǧın gurluǧu və ya zəifliyi cərəyanın gücündən asılıdır.
Bir-birlərinə olan sədaqəti gurultulu sözlərlə izah edərək badə qaldırıb içir, içirlər (S.Vurǧun); Gözlərinizdən görürəm sakit qıza oxşayırsınız (S.Qədirzadə).
Özünü güclə saxladı, uşaǧın başını sıǧalladı (Mir Cəlal); O könüllü gəlmişdi (“Azərbaycan”).