Bu dəhşətli faciəni görüb ürəyi sıxıldı (S.Vəliyev); Komediya müəllifi istər yumor, istərsə də satira gülüşü ilə cəmiyyətin eyiblərini tənqid atəşinə tutmaqla onları islah və ya məhv etmək istəyir (F.Qasımzadə).
Hamınız tədricən bu aǧır faciəli günlərə alışır və hadisələrin sonunu gözləyirsiniz (S.Vəliyev); Komediyanın əsas tənqid hədəfi və komik qəhrəmanı Tarıverdidir (F.Qasımzadə).
O, faǧır, nəzakətli, rəhmli bir gəncdir (M.S.Ordubadi); Rizvan ilə beş dəcəl, hər gün burda oynayır (M.Dilbazi).
Elə onu bu günə qoyan onun faǧırlıǧıdır (“Ulduz”); Dəcəlliyinə baxmayaraq, məktəbdə oǧlanlar da, qızlar da xətrini istəyirdilər (S.Qədirzadə).
Bəs real həyatsız fantastik əsərin taleyi necə olardı (“Azərbaycan”).
Mən bilən bu cür fantastika reallıǧı zənginləşdirir (“Azərbaycan”).
Svetlana Stepanova ayaǧa qalxıb faraǧat durdu, ucadan dedi (C.Əmirov); Çoxdan bəri ürəkdən və sərbəst hərəkət etməyən əl-qolu istədiyi səmtə əyilib büküldü (Ə.Vəliyev).
Onların işi fasiləlidir. ...Mərmər koridorda yalnız divar saatının müntəzəm tıqqıltıları eşidilirdi (M.Hüseyn).
Demək olar ki, bütün ömür boyu fasiləsiz işləmişəm (“Azərbaycan”); Arabir qəribsədilər, təzədən yollara, səfərlərə çıxmaq istədilər (“Azərbaycan”).
Danışmaqdan fayda yoxdur (Ə.Haqverdiyev); Əzizbəyov! Bunlar hamısı sizin zərərinizədir (M.Hüseyn).
Oxuyun faydalı kitablardan (A.Şaiq); O ki qaldı kirpiyə, o da zərərli heyvan deyildir.
Ancaq Rantik yaxşı başa düşdü ki, bütün bunlar faydasızdır (C.Əmirov); Əvvəlcə ev sahibəsi, sonra da Mikola, Alyonuşkaya xeyirli gecə diləyib, ah-ufla sobanın üstünə qalxdı (S.Qədirzadə).
O nəinki fəal bir şəfqət bacısı, həm də Anita kimi qəhrəman bir qadın idi (S.Vəliyev); Vasilyevskayanın romanları passiv müşahidə məhsulu deyil-
dir (C.Mehdi).
Formasız materiya passivdir, yalnız materiya forma ilə birləşdikdə fəallaşır. Məchul fellərdə subyekt passivləşir.
Məclisin kişilər hissəsi xüsusi fəallıq göstərirdi (M.İbrahimov); Sən bu işdə passivlik göstərirsən.