...Aparatların işdə etibarlılıǧı onların konstruksiya və vəziyyətlərindən xeyli dərəcədə asılıdır (P.Rüstəmzadə); Artıq arvadının vəfasızlıǧına qəti olaraq inandı (Çəmənzəminli).
Yeja onu etinasız dinlədi (S.Vəliyev); Buna görə də başqalarına nisbətən daha çox diqqətli olmalıdır (C.Əmirov).
Rüstəm kişi Mayaya etinasızlıq göstərdi (M.İbrahimov); Diqqətliliyinə görə təşəkkür edirik.
Səriyyə xalanın bütün etirazları puça çıxdı (S.Rəhimov); Qadının etirafı və yaxud təsdiqi mənim maraǧımı təskin etmirdi (S.Hüseyn).
Qəribə bu idi ki, Şamxal evlənmişdi (İ.Şıxlı); Mən də səni boşaram, qalarsan canın çıxa-çıxa (Çəmənzəminli).
İndi qadan alım, evlisən? (Ə.Haqverdiyev); Məgər şəhərdə aǧıllı, ailə sevən subay kişilər azdır? (C.Əmirov).
Otuz ildir, sənə ev düzəldirəm, uşaq saxlayıram; Bu da mənim evliliyimin əvəzi!.. (“Aşıq Ələsgər” dastanı); Saqqalını subaylıqda aǧartmayacaqdı ki?.. (M.İbrahimov).
Fərhad xan bıǧıburma, yekəqarın, eybəcər bir pəhləvan idi (Naǧıl); Göy üzündə bir qəşəng; Taǧ görünür yeddi rəng (A.Səhhət).
Qaraşa elə gəlirdi ki, Kələntər çox kök olduǧundan, orta boyu bir az qısalır və eybəcərləşirdi (M.İbrahimov); Qəhrəman ucalmış, qara saçları daha da sıxlaşmış, özü də dəyişib qəşəngləşmişdi (S.Rəhimov).
...Eybəcərliyinə görə heç kəs adını çəkmir (Ə.Əbülhəsən); Qara saçları onun ümumi görünüşünə bir qəşənglik gətirirdi (A.Məmmədrza).
Eyibsiz dost axtaran dostsuz qalar (Ata. sözü); Başqalarının könül qapısına açar salmaq, oǧurluqdan da çirkin işdir (M.Hüseyn).
Övladın eyibsizliyi valideynin başını ucaldır. Yox, yox, mən belə namussuzluǧa razı olmaram (M.Hüseyn).
Sən varlıǧın eynisən, buna sözmü var? Ürəyisən, beynisən, buna sözmü var? (M.Müşfiq); Müxtəlif bitkilər özünə diqqət tələb edirdi (M.İbrahimov).
Lakin yelləncək sürətlə qalxıb endikcə Veysin fikirlərində də elə bil eynilik artırdı (Ə.Əbülhəsən); İnsanların düşüncə və istəklərinin bir-birinə zidd və müxtəlifliyini gördükcə borana düşmüş yolçu kimi çaşıb qalır (M.İbrahimov).