Mən elmsiz bir adamam (M.S.Ordubadi); Biri də savadlı lazımdır ki, stolun böyründə otursun, yazsın (Mir Cəlal).
Tövlənin iyirmi səkkiz arşın uzunu, yeddi arşın yarım enidir (Q.Qantəmir).
Parçanın eninə, uzununa baxıb yerinə qoydu.
Bunu qırıb atdıqda pambıq gücü uzanmaǧa yox, enlənmaya verir (Ə.Vəliyev).
Ömründə gülüşlə işıqlanmış kimi görünən tutqun sifəti bir az enlənmişdi (Mir Cəlal); Yolu daraltdılar.
İkinci məhəlləyə gəlincə, küçələri enli, təmiz və evləri səliqə ilə tikilmişdi (N.Nərimanov); Atlılar dar küçələri, əyri döngələri keçib, seminariyanın yanına qədər gəldilər (İ.Şıxlı).
Lazar enli qaşlarını qaldırıb gülümsədi (S.Vəliyev); Tapdıq məni görcək qısa qaşlarını dartdı, gözlərini bərəldib üstünə yeridi (Y.Əzimzadə).
Kişinin sifəti enli və qabarıqdır (Mir Cəlal); Doǧrudan da, qurmaq kimi nazik yola araba salmaǧın nə qədər cəsarət istədiyini düşünür... (Mir Cəlal).
Uzanıb divanda İlqar bayaqdan; Gah enir, gah qalxır geniş sinəsi (H.Hüseynzadə).
Peşəm yüksəlməkdir, enmək bilmirəm (S.Rüstəm).
Yeja özünü kirpi kimi yıǧdı, ensiz çiyinlərini qısıb boǧazını uzatdı (S.Vəliyev); Axund öskürən kimi Şirin gen və uzun tumanı ilə ayaqlarını örtdü (Mir Cəlal).
Ortada uzun, lakin ensiz ayaqaltı xalça salınmışdı (M.İbrahimov).
Sübh çox ertə oyanardı qarı; Durquzar idi hamı xidmətkarı (A.Səhhət); Axşam kənddə əl-ayaq yıǧılan vaxt Qədir oyandı (Ə.Vəliyev).
Hacı Həsən bir söz deməyib gəlir, yapışır İskəndərin qolundan və çəkə-çəkə aparır eşiyə (C.Məmmədquluzadə); İçəri girən kimi əlini gödəkcəsinin cibinə salardı (Mir Cəlal).
Görünür, etibarlı kişisən (A.Şaiq); Bu vəfasız dünya mənim son ümidimi söndürdü (M.Hüseyn).