Ana ehmalca uşaǧı qucaǧına aldı (M.Hüseyn); Mən də cəld ayaǧa durdum (Y.Əzimzadə).
O, daşıqçılara yüklərin ehmallı düşürülməsini tapşırdı (S.Rəhimov); Sabir cəld irəli yeridi (Mir Cəlal).
Rüstəm bəy diksindi, qolunu ehmallıca xanımın qolundan xilas etdi (Çəmənzəminli); Anası cəld ayaǧa qalxıb, həyətə gəldi (Mir Cəlal).
Üslubunda kənd sakitliyi və ehmallıǧı hakimdir (Mir Cəlal); İndi hər bir iş cəldlik tələb edir.
Ailədəki bu qarşılıqlı ehtiram indi artıq ənənə və etiqad halına gəlmişdir (M.Hüseyn); Adamla çörək kəsib üzünə gülən, dalda isə ayaǧının altını qazan şəxslərə nifrəti böyük idi (M.İbrahimov).
İçəri daxil olcaq Dəmirov Simona dönüb ehtiramla başını əydi və salam verdi (S.Rəhimov); Ətrafındakıları nifrətlə süzdü (“Azərbaycan”).
Ehtiraslı gözləri ilə ona odlu bir nəzər saldı (C.Əmirov); Səndə var coşqun ehtiras alovu; Yaxar atəşlərin sönük bir evi (H.Cavid).
İndi bayraq kimi ucaldır zaman; Vətən torpaǧının ehtiramını (S.Vurǧun); Bu matəm xəbəri kənddə heç nəyi dəyişmədi.
Hacı Qulu... ehtiyatla quyunun yanında uzanıb diqqətlə baxdı (A.Şaiq); O cəsarətlə işə girişdi.
Mən, doǧrusu, ehtiyatlanmaǧa başladım (Q.Qantəmir); Onları əyləndirməyə, cürətləndirməyə çalışırdım (Mir Cəlal).
Çıxdım küçəyə və ehtiyatlı keçib getdim (C.Məmmədquluzadə); Diqqətsiz olması narahatlıq doǧurur.
Bəzən ehtiyatsız, kiçik bir xəta; Böyük faciələr yaradır, demək (S.Vurǧun); Görünür sən məndən tədbirlisən (İ.Şıxlı).
Xaricə mal göndərilməsi eksport, xaricdən mal gətirilməsi import adlanır.
Sözdə səs düşümü hadisəsinə eliziya, sözdə səs artımı hadisəsinə proteza deyilir.
Əlibəy elmli və qoca bir kişi idi (S.S.Axundov); Qızım, mən savadsızam, dərsdən başım çıxmaz (Mir Cəlal).