Sonra dəbbələməyəsən ha! (M.İbrahimov); Bu sözləri anam deyirdi. Əmim də təsdiqləyirdi (S.Qədirzadə).
Əbədidir bu səadət, bu sədaqət; Bu təntənə, bu dəbdəbə, bu məhəbbət (S.Rüstəm); Dözdü hər cəfasına; Ərəb əlifbasını özü öyrətdi ona (B.Vahabzadə).
Həsrətlə xatırlayır dəbdəbəli çaǧları (S.Rüstəm); İndi cəfalı günlər arxada qalmışdır (“Azərbaycan”).
Qaçmaq üçün dəbərdi; Tez aldı pişik kimi daban (Ə.Nəzmi); Çalış, onlardan uzaqda otur, səninlə çox danışmasınlar (S.Qədirzadə).
Heç on beş il bundan qabaqkı dəcəl uşaǧa oxşamır (M.İbrahimov); Çox dinc, sakit uşaqdır! (“Ulduz”).
Əmiqızı, ... bu dəcəlliyi haradan öyrəndin? (İ.Əfəndiyev); Ancaq o, institutun qəbul imtahanlarına qədər beyninə dinclik də verməli idi (S.Qədirzadə).
Tiflisdəki dəhşətli Metex qalasına köçürtdülər (S.Rəman); İndi biz fərəhli günlər keçiririk.
Kül rəngli havada toz-duman var; Dəhşətli soyuq, ayaz, boran var (A.Şaiq); Hava mülayimdir.
Amma dələduz nökərlə arası yoxdur (Ə.Haqverdiyev); Axır ki, gəldin düz yola (Ə.Vəliyev).
Çünki sənin üzündən dələduzluq yaǧır (C.Əmirov); Düzlüyün faydası çoxdur.
Bir dəli bir quyuya daş saldı, yüz aǧıllı çıxara bilmədi (Ata. sözü).
İrəliyə doǧru şıǧıyan dəliqanlı Girdman hökmdarı Varazın oǧlu Cavanşir idi (M.Hüseyn); Çox qorxaqdır, qaranlıq düşən kimi evdən bayıra çıxa bilmir.
Semyonov hüzurunda dayanan bu dəliqanlı uşaqlara ürəyindən keçənlərin heç birini demədi (İ.Şıxlı); Lakin gecə qaranlıq, sakit və dəhşətli idi (C.Məmmədov).
Ona çox fikir verdikcə dəliləşir. Balam, görünür ya zəmanə dəyişir, ya adamlar aǧıllanıb (Ə.Vəliyev).
Çaǧladı dəlisov ləpələr kimi; Aǧladı südəmər körpələr kimi (T.Mahmud); Buyur, bu da aǧıllınız (S.S.Axundov).