Bizim yerlər daǧlı-dərəlidir (“Jurnalist”).
Övlad sarıdan Murad kişinin ürəyi əvvəl də daǧlı idi (Mir Cəlal); Qadın hər qüssədən, qəmdən azaddır; Aǧ günlər eşqilə ürəyi şaddır (H.Hüseynzadə).
Vaxtilə dərə-təpəlik olan yuxarı daǧlıq hissə indi gül-çiçəyə bəzənmişdir. Uçurum, dərəlik, sıldırım qayalıq yerlərdən keçirdim (A.Şaiq).
Bura daǧlıq, baǧçalıq bir yerdir (M.S.Ordubadi); Dərə-təpədən düzlüyə çıxdıq (A.Şaiq).
Novruzəli və usta Zeynallar daxilən çox təmiz və xoşxasiyyət adamlardır (M.İbrahimov); Səməd zahirən, doǧrudan da, mürgüləyən adama bənzəyirdi (İ.Hüseynov).
Daxili xəstəlik mütəxəssisi lazımdır (Çəmənzəminli); Sizin xarici görünüşünüz barəsində (C.Əmirov).
Daxili bir maraq məni də saxladı. Zahiri görkəmlərindən yaşlı adama oxşayırdılar (M.İbrahimov).
Dünyada istedad, hər böyük hünər; Daima vərdişlə inkişaf edir (A.Şaiq); Arabir çevrilib yan-yörəsinə baxır (S.Qədirzadə).
Yalan müvəqqətidir, doǧruluqsa daimidir (S.Rüstəm).
Kəndə çatdıǧı üçün İkram söhbətin dalını eşidə bilmədi (Ə.Əbülhəsən); Söhbətin əvvəlini xatırlaya bilmədi.
Həsən kişi Qulunun qolundan tutub dala qayıtdı (M.İbrahimov); Əbil ürəkləndi, bir-iki kösöv götürüb irəli yeridi (Ə.Vəliyev).
Qılıncının dalı da kəsir, qabaǧı da (Ata. sözü).
Mahmud uşaqlıq dövründə olduǧu kimi, daha nadinc deyil və dalaşqan deyildir (A.Makulu); Şəki xanı Hacı Əbdülqədir də dinc durmurdu (Çəmənzəminli).
Əhməd dalaşqanlıqda ad çıxarmışdır. Məcid dinclik vermirdi (M.S.Ordubadi).
Dildar dal-dalı çəkilib qapını örtdü (Ə.Vəliyev); Sal daşının dibindən irəliyə bir qoşalülə çıxmışdır (M.İbrahimov).