Şux səslərlə dolu isti yuvalar; Daşqın çaylar, durǧun göllər bizimdir (A.Şaiq).
Cəfər Cabbarlının vəfatından sonra səhnədə və dramaturgiyada bir durǧunluq əmələ gGldi (S.Rəhman); İnkişaf əksliklər mübarizəsidir.
Hər duruşunda, hər baxışında bir durǧunluq var (H.Cavid); Onun üzündən bir qaynarlıq duyulur.
Mənsur onu durǧuzub aparmaq istədisə də, Sitarə mane olub oturtdu (C.Cabbarlı); Mədinə uşaqlarını yatızdırıb, öz işi ilə məşǧul olmaǧa başladı (“Azərbaycan”).
Əsirdi durmadan birbaşa yellər; Döyürdü baǧrını daǧ-daşa sellər (S.Vurǧun); Ara-sıra tündməcaz arvad da görünürdü (M.İbrahimov).
Durdum ki, evimizə gedib bu arsızı doydurum (A.Divanbəyoǧlu); Onlar əyləşdilar və Sərdarın kefini soruşdular (M.S.Ordubadi).
...Di, burada niyə durubsan, buyur, gedək mənzilə (C.Məmmədquluzadə).
Sakitcə oturmuşuq; Bir tərəfdə durmuşuq (İ.Tapdıq).
Səhər durub Sabunçu məktəbinə getməyə hazırlaşdım (A.Şaiq); Əlini yastıq edib uzandı yastıǧına (S.Rüstəm).
Mat-qut dayanıb durdum; Qarşısında şairin (S.Rüstəm); Sənin yanında Rəsulova dedim ki, yıxılmışam, burnum qanayıb (C.Əmirov).
Beşinci gün idi ki, kolxozçular bulanıq arx suyunun əvəzində duru şirin su içirdilər (Ə.Vəliyev).
O vaxtdan həftələr, aylar dolandı; Sular gah duruldu, gah da bulandı (S.Vurǧun).
Dünənki bərk qardan sonra gün çıxmış, hava durulmuşdu (Mir Cəlal); Bakının havası birdən-birə bulaşmışdı (M.İbrahimov).
Məhərrəmin birdən-birə kefi duruldu (M.Eynul- layeva); Qulam Rza adını eşidən kimi mənim kefim pozuldu (M.İbrahimov).
Vardı bir əlçatmaz gənclik vüqarı; Qızın duruşunda, oturuşunda (Ə.Cəmil).