Mənə giley yazan şagirdlərdən mən özüm çox artıq dərəcədə dilgirəm (C.Məmmədquluzadə); ...Ətrafa səs-küy, şən qəhqəhələr yayıldı (S.Qədirzadə).
General bu gün çox dilxor idi (S.Rəhman); Biz buna çox şadıq (İ.Əfəndiyev).
Pirinin dilxorluǧu bir anda sovuşdu (İ.Əfəndiyev); Sarışın olan yerdə hər zaman gülüşmə, şadlıq başlardı (S.Qədirzadə).
Onunla dilləşmə, çəkil, get (A.Şaiq); Sabah ikisini də danlayıb barışdıracaǧam (Ə.Vəliyev).
Sən də anan kimi dillisən (S.Vəliyev); ...Ananın yanında cavan oǧlandan daha çox həyalı bir gəlin kimi dolanan Səməd, indi ananın da belini yay kimi əyirdi (Ə.Vəliyev).
Sən nə dilli oǧlansan! (S.Vəliyev); Görmürsən qaradinməzin biridir.
Uşaq adəti xilafına olaraq, bu axşam bir az dillilik edirdi (Ə.Əbülhəsən); Onun qaradinməzliyi gediş-gəlişə maneçilik törətdi.
Dinamik feillərdə hərəkət, iş, aktivlik, statik feillərdə isə hal-vəziyyət, passivlik var.
Məmmədhəsən əmi dinc adamdır (C.Məmmədquluzadə); Vahabzadə bu sözün ən yaxşı mənasında narahat bir şairdir (M.Hüseyn).
Gah yalquzaq kimi ulayır külək, gah da quduz kimi yatır, dincəlir (S.Vurǧun); Mən texnikumu bitirib bir sənət qazanacaqdım, başqaları kimi namusla işləyəcəkdim (S.Qədirzadə).
Dedim: – Şirin şey varmı həyatda dinclik kimi? (S.Rüstəm); Etiraf etməliyəm ki, bu narahatlıq mənə həm də ləzzət verir (S.Qədirzadə).
Dindarın bu sözü Mələyin ürəyini yaraladı. Bu kafirlərə inananları haqq yola qaytar (Ə.Haqverdiyev).
Rəis sizi məmnuniyyətlə dinləyir (İ.Əfəndiyev); Mən sizə əqidəmi söylədim (M.İbrahimov).
Daha dinmədilər; Susdular artıq (M.Rahim).
Eyzən fikirdə, kefsiz, dinməz, yəqin, burada bir hikmət vardır (Ü.Hacıbəyov); Çox zəvzək adamdır.