Cahil adam kor kimidir (A.Şaiq); Mən bədii əsərləri müəyyən qədər sevməyən mədəni bir adam təsəvvür edə bilmirəm (M.Hüseyn).
Əlbəttə, bu işdə əsas canlı şahid Məmmədaǧa idi (C.Əmirov); Nə ölüyə hay verir, nə diriyə pay (Ata. sözü)
Məclisimiz cansıxıcı keçir (“Ulduz”); Bu gün ömrü-günü azad; Ürəyi şan insanlarıq (C.Novruz).
Bu il məktəbdə cari təmir, gələn il isə əsaslı təmir aparılmalıdır.
Suallar, cavablar, mübahisələr; Uzanır axşamdan sabaha qədər (H.Hüseynzadə).
Əlbəttə, böyüklərin qayǧısına qalmaq cavanların borcudur (S.Qədirzadə).
Çingiz xan aǧıllı, kamallı cavandır (S.S.Axundov); Yaşlı kişilər həmin torpaq yolla çox karvanların gəlib keçdiyini söylədilər (İ.Şıxlı).
Özünü iqrar etdiyinə görə o günü Bayram on il cavanlaşdı (Ə.Vəliyev); Tarverdi, Pərzad ilə qoşa qarıyasan (M.F.Axundzadə).
Təbiət dəyişir insan əliylə; Dünya cavanlaşır, insan qocalır (R.Rza).
Hacı getdikcə cavanlanır (M.S.Ordubadi); Bir günün içində on il qocaldım (S.Rüstəm).
Oǧul, cavansan, cavanlıǧın səhv və xətası olar, çalış xəta etmə (Ə.Haqverdiyev); Bilirəm onu da gözləyir qocalıq (R.Rza).
Cavanlıqda daş daşı, qocalıqda ye aşı (Ata. sözü).
Pristav kəndliləri bir yerə cəmlədi (S.Rəhimov); Ley vurmuş quş tükü kimi; daǧıdır Yaponiyada gilənar çiçəklərini (R.Rza).
Bu ədədləri bir-birinə cəmlə, onların cəmindən beşi çıx (“Hesab”).
Yoldaşı əl aǧacına oxşayan uzun, caydaq adam dinmir (Mir Cəlal); Yarın boyu gödəkdi; Gözəl eyibsiz olmaz. (Bayatı).