Anasının hər zaman bəzəkli saxladıǧı bu otaq bomboş idi (S.Rəhman); Tamaşa salonu aǧzına kimi dopdoludur (C.Cabbarlı).
Payız çatanda axıra boranlı, qarlı qış yetər (A.Səhhət); Nə gözəldir dolaşmaq isti yay fəsilləri; Bu sərin sahilləri (M.Müşfiq).
Atasız tifilləri basdı boranlıq, bizə nə; Tapmayır ac-yalavaclar güzəranlıq, bizə nə? (M.Ə.Sabir); Oǧlunun istiliyini görən ana gözlərinə dəm verir (Ə.Vəliyev).
Yetişib köməyə, çatıb haraya; Ona bərk də tanış, boş da tanışdır (H.Hüseynzadə).
Otaq dolu idi, boş kürsü yox idi (M.S.Ordubadi).
Boş danışmaqdan nə çıxar, ay balam (M.Ə.Sabir); Bu dairə ittifaqın işini əsaslı surətdə yoxlardı (S.Rəhimov).
Danışıǧı, mühakimələri möhkəmdir (M.İbrahimov); Bəlkə, boş adam olmadı (C.Əmirov).
Əvvəldən yaxşı danışdı, sonra birdən boşaldı (M.F.Axundzadə); Dostluq bərk ayaqda bərkiyər (B.Vahabzadə).
Piri kişi torbadakı arıları bir boş pətəyə boşaltdı (S.S.Axundov); Salatın dizi üstə çöküb onları yıǧdı, səliqə ilə qutuya doldurdu (İ.Şıxlı).
Qonaqlar hamısı piyalələrini Əkbərin saǧlıǧına boşaltdılar (Ə.Haqverdiyev); Vaxt itirməyib atları yüklədilər və yola rəvan oldular (S.S.Axundov).
Vera da atası kimi ciddidir, sadədir, çoxdanışan və boşboǧaz deyil (S.Rəhimov); Aslanı hamı başıaşaǧı, heç kəslə işi olmayan adam kimi tanıyır.
Gözü yolda boynuburuq qalınca; Ölüm aşiqlərə xoş səadətdi (Q.Zakir); Ey zalım xan! Zalım xan! Sən qorxub öz canından; Yurdu versən hər yada; Kor olasan dünyada (S.Vurǧun).
Məşədi Əbdülbaǧı razı olmamışdı ki, dörd yüz on manat verilsin boynuyoǧun molla Qivama (C.Məmmədquluzadə); Nənəcan aǧıllı, işsevən, zəhmətkeş, mehriban, qeyrətli bir qadın idi (N.Nərimanov).
Sabah, Allah qoysa, qurtarrıq, hava bozdur: bu dəxi yaxşıdır (N.Vəzirov); Yaǧış nə qədər gurultulu yaǧsa, o qədər sonra hava xoş və aydın olur (A.Divanbəyoǧlu).
Qəhrəmanın ciddi təkidi müqabilində Rüstəm acıqlanır, ona boz sifət göstərirdi (S.Rəhimov); ...Yasəmən iyirmi yaşında, gözəl, yumşaq təbiətli, şad ürəkli bir qadın idi (S.S.Axundov).