Sünbüllər aǧırlaşıb boynunu əymişdi (İ.Şıxlı); Qolumu qaldırdım ki, atım, gördüm ki, xortdan yoxdur (Mir Cəlal).
Əyrilər əyrini görsün, düzü baxsın düzünə; Gəlməyibdir belə bir möcüzə dünya üzünə (Ə.Vahid).
Zira ki, yalan və əyrilik həmişə aşkar olub insanı bədnam edir (N.Nərimanov); Şura hökuməti gələn kimi şəhərlərlə kəndlər arasında yolların düzgünlüyünə diqqət yetirdi (Ə.Haqverdiyev).
Rüstəm kişinin nəyi olsa əyriliyi yox idi (M.İbrahimov); Qəzəbləndi indi də; həkimin düzlüyünə (B.Vahabzadə).
Qara pəhləvan yaman güclü, həm də yaman əyyar idi (“Koroǧlu”); Sizin əriniz Əzizbəy çox mərd, səmimi və nəcib bir insandı (M.Hüseyn).
Bu qəzvinli Şeydadır ki, gündüz sərraflıq edər, gecə əyyarlıq (M.F.Axundzadə); Bu qadının mərdliyi yalnız qohum-qardaşı deyil, bütün məhəlləni heyrətə gətirmişdi (M.Hüseyn).
Fərhad, Fərhad, niyə mənə əzab verirsən, vicdanımı parçalayırsan? (C.Cabbarlı); Onun bədii zövqünü korlayan mahnılardan yüksək xalq musiqisinə doǧru geniş bir yol açacaǧam (M.Hüseyn).
Bu bir ay Bilqeyis üçün sıxıntılı və əzablı keçdi (S.Vəliyev); Qaranlıq qatılaşır, əl-ayaq çəkilir, gündüz adama xoş gələn sərinlik sazaǧa çevrilirdi (Mir Cəlal).
Neft səltənəti Bakıda neft tapmaq əzablı bir işə çevrilmişdir (A.Şaiq); Danışanlar çox asan sözlər deyirdilər (Mir Cəlal).
Qara xan əzazil bir xain idi (“Koroǧlu”); Onu insaflı bir sistem işçisi kimi tanıyırdılar.
Sabiq milyonerin arvadı Nərmin onun əzazilliyini görəndə üsyan edib deyir ki, dövlətlilər amansız və mürüvvətsizdirlər (M.Hüseyn); Yunis öz insaflılıǧı ilə insanı heyran edir.
Dizi üstə əzəl alıb başımı; Sildi lütf ilə qanlı göz yaşımı (A.Səhhət); Sonra bunu məsləhət görmədi (Mir Cəlal).
Əzik donunun ətəyini aşaǧı çəkdi (İ.Şıxlı); Mərcan xala mənə şax manatlar seçib verirdi (Ə.Əylisli).
Mədəd işdən qayıdandan sonra əzinik yerə girdi, bir azdan yuxuladı (S.Rəhimov); Səhər yerindən gümrah durdu.
Stolun üstünə əzinik yox, saf alma və armud qoyulmuşdu (“Jurnalist”).