Mən həmişə şad və qəmgin xəbərləri onun çöhrəsindən oxuyardım (M.S.Ordubadi).
İzzət vaǧzala nə qədər şad getmişdisə, o qədər məyus qayıtdı (Mir Cəlal).
Sevinsin, şadlansın çöl də, çəmən də (C.Novruz); Mən başqa şeyə heyifsilənirəm (C.Əmirov).
Şadlanmaǧın da, kədərlənməyin də yerini başa düşürük (İ.Fərzəliyev).
Gənc qız bundan çox şadlanır və mənim sevgimə inanırdı (M.S.Ordubadi); Fəridə özünü saxlaya bilməyib yaman qəhərləndi (M.İbrahimov).
O, uşaqların hərəsinə bir şey verməklə sevindirər, özü isə hamıdan artıq şadlanardı (Mir Cəlal); Beşiklər körpə üçün qəribsəyir.
Bir kəlmə bu halım ya şadlıqdır və ya bədbəxtlik
(C.Cabbarlı).
Camaatın üzünə şax baxım (M.İbrahimov); Həmişə çalışırdı ki, başqasına əyri baxsın.
Qalın və şax yarpaqları başında boşqab kimi tutan uzun zoǧlar deyil, qonaqcıl gəlin biləkləri idi (Mir Cəlal); [Salatın] əzik donunun ətəyini aşaǧı çəkdi. Saçını gözünün üstündən geri elədi (İ.Şıxlı).
Köynəyi köhnə, amma kostyumu şaxlı idi (“Ulduz”).
Şaxlı köynəyinin üstündən qırışıq qalstukunu baǧlamaq istədi.
Sizin başınızı şaxta vurmuşdur (C.Cabbarlı); Adam bilmirdi ki, istidən başını hara soxsun (“Azərbaycan”).
Sanki onu şaxtalı, boranlı qış günündə buzlu suya saldılar (İ.Şıxlı); O günün sabahı bürkülü yay axşamında Gülşən kolxoz idarəsinə getdi (Ə.Vəliyev).
Ömrümüzdən bir gün belə incə, şaqraq keçirdik (A.İldırım); Kədərlidir, imkandan artıqdırsa (R.Rza).
Bu gecələrin birində; ayrılan yolumuz kimi; şəffaf buz kimi (R.Rza); Üfüqlər boz; elə bil ki, bir bulanlıq gölə düşüb günəş (R.Rza).