Bu üfunətli mühitdən qurtarmaǧınız qeyri-mümkündür (M.Talıbov); Məgər insanın yaxşı bir musiqi parçasını dinləmək, ətirli bir gülüstan becərmək arzuları dəruni bir ehtiyacdan doǧmur? (M.İbrahimov).
O, kiçik damlada bir ümman görür (B.Vahabzadə).
Adın ümumiliyi və ya xüsusiliyi əşyanın ümumi və ya xüsusi olması ilə baǧlıdır.
Şərabın nəyi biz ürəfa üçün deyil, avam üçündür (S.S.Axundov).
Sərvinazın sözü Poladı həm ürəkləndirdi, həm də qəhərləndirdi (Ə.Vəliyev).
Səriyyə çox ürəyiaçıq qız idi (İ.Əfəndiyev); Hər qəlbiqara nakəs ilə eyləmə ülfət (S.Ə.Şirvani).
O, ortaboylu, ürkək baxışlı, mütənasib bədənli, yaraşıqlı qadın idi (M.İbrahimov); Bunun üçün adamda ürək lazımdır; Cəsarətli və təmiz ürək (M.İbrahimov).
O elə əvvəldən qadından ürkərdi. Mirzə bir az da cəsarətləndi (Mir Cəlal).
Altın həsir, üstün həsir, yat ki, yetim, tərləyəsən (Ata. sözü).
Onların hər ikisi üsyankardır (M.Hüseyn); ...Anketovdan başqa beş-altı nəfər üzüyola, sakit baǧça uşaǧı var idi (Mir Cəlal).
Sən qaranlıǧa arxa çevirib, işıǧa üz tutursan (S.Qədirzadə).
Stulu çəkib üzbəüz oturdu (M.İbrahimov); Onlar küsülü idi, daldala durmuşdular (“Azərbaycan”).
Mən otaǧın dibdəki hər iki küncünü qazdım, heç nə yoxdur (C.Əmirov); Üzdəki otları kökündən çıxartmaq lazımdır.
Üzdən özünü elə aparırdı ki, guya onları ürəkdən istəyəndir (“Azərbaycan”); Gülsabah Əbilin gözlərinə baxıb dərindən köksünü ötürdü (Ə.Vəliyev).
Üzdən duru, dibdən bulanlıq bir göl (M.İbrahimov).