Məhsulun çoxluǧu, azlıǧı bizdən asılıdır (M.İbrahimov).
Sözlər təkmənalı və ya çoxmənalı olur (“Müasir Azərbaycan dili”).
Gecənin çoxu gedib azı qalmışdı (S.Qədirzadə).
Öz yurdlarına, gözəl Borçalı çökəyinə qayıdırlar (F.Kərimzadə); Daǧında, düzündə bitməyəydi qaratikan kolu (R.Rza).
Kürün üstünə qaranlıq çökmüşdü (İ.Şıxlı); Bulud göyə qalxmışdı (İ.Şıxlı).
Çökük ovurduna bax, gör üzün nə vəziyyətə düşür. Supərisi qızılı saçları ilə qabarıq sinəsini örtdü (“Azərbaycan”).
Çölüm özgəni yandırır, içim özümü (Anar).
Çölün aləmi yandırır, içərin özünü (Ə.Vəliyev).
Gözəllikləri səbəbinə onları çörəkli adamlar almışlar (M.S.Ordubadi); Qəddar, qaniçən adamdır (M.S.Ordubadi).
Mən özümü çuxur bir yerə verib dayandım (M.Talıbov); Dərə əlvan, çəmən əlvan, düz əlvan... Bu rənglərin düzümünə aldanma (R.Rza).
Xəstənin yastıǧı yanında bir tərəfi çürük nar gördüm (Mir Cəlal); Boşqablara böyük, saf, şirin narlar, sarı armud, üzüm qalanmışdı (Mir Cəlal).
Çürük aǧac kimi yerə yıxıldı (S.Vəliyev); Sən bu saǧlam aǧacı kökündən, bu coşqun dənizi dibindən qurutmaq istəyirdin (A.Şaiq).
Çürük nərdivanla dama çıxmazlar (Ata. sözü); Hələ yaralarım saǧalmamış evə təzə bir mala gətirdilər (R.Rza).
Deməli, biz çürümüşük, hə? (M.İbrahimov); Bu nəcib hisslər daim təkmilləşmədə, gözəlləşmədə, saflaşmadadır (Mir Cəlal).