Adamlar dinclik və sakitlik istəyirlər, hərbi çılǧınlıq istəmirlər.
Yalnız buna görə çılpaǧam çılpaq (S.Rüstəm); Qapı açıldı, cavan və təmiz geyimli bir oǧlan içəri girdi (Mir Cəlal).
Larisanın gülşəni yenə çiçəkləndi (M.Hüseyn); Baharın yaşıl gözəlliyi tez soldu, tez çəkildi (M.İbrahimov).
Mənim yuxum çin oldu (C.Bərgüşad); Xanım, hamısı yalandır (S.S.Axundov).
Xirtdəyə qədər çirkab içərisinə getdi (M.Talıbov); Beş adam gələndə heç olmasa bir təmizlik görsün (Mir Cəlal).
Tamam bir çox çirkin hərəkət və adətləri mənə tərk etdirdi (S.S.Axundov); O işində də səliqəli idi (C.Əmirov).
Zabit hansı çirkin iş üçünsə, ondan istifadə etmək istəyirdi (S.Vəliyev); Humay çox arıq olmasına baxmayaraq, yaraşıqlı bir oǧlan idi (İ.Əfəndiyev).
Polislər çarpayının üstünə yıǧılan çirkli paltarlara baxdıqda qadına dedi (S.Vəliyev); Yorǧan-döşək təmizdir (C.Əmirov).
Tüstülü ocaq başında, qolları çirməkli; Paltar yuyur anam (R.Rza); Yaxası açıq oǧlan yenə mızıldadı (Mir Cəlal).
Qollarını işgüzar adamlar kimi dirsəyinədək çirmələmişdi (S.Qədirzadə); Köynəyinin qolunu açmışdı (“Azərbaycan”).
Siz onu bacarmazsınız, siz hələ çocuqsunuz (C.Cabbarlı); Yaşlı adamdır, onu hər işə göndərməyin.
İnsanın iş günü; azalsa da, çoxalsa da; İnsanlıǧın iş günü bitməyəcək (R.Rza).
Yoldaş Aslan, mən bicəm, amma sən məndən də çoxbilmişsən (M.İbrahimov); O, Allahın maǧmunudur (“Ulduz”).
Bu yuxunu biz çoxdan eşitmişik (C.Cabbarlı); Görəsən, indi də qarǧı danışarmı, ona əfsanə desək (R.Rza).
Məhsuldarlıǧı artırmaq, çoxlu var qazanmaq haqqında az iş görmüşük (Ə.Vəliyev).