autentis sözündəndir. Vizantiyada afuntis olub, türk dillərinə keçmə sözlərdən hesab edilir. Əfəndi sözü dilimizdə həm İslam dinində sünni təriqətinə aid ruhanilərə verilən addır, həm də nisbətən erkən çağlarda, bir növ, ağa, cənab mənasında hörmət, ehtiram əlaməti olaraq dini təhsil almış, oxumuş adamların, ruhanilərin adlarının əvvəlində, ya sonunda işlənir. Bu gün Türkiyə türklərində müraciət forması kimi də işlədilir. Əfəndi kişi adı dini təhsil almış, savadlı din xadimi mənasını ifadə edir.
Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Əfəndi bu gün yalnız soyadlarda yaşayan kişi adlarındandır. Qeyd etmək lazımdır ki, Azərbaycanda Əfəndiyev, Əfəndizadə, Əfəndili, Əfəndi soyadları kifayət qədərdir. Bu da məişətimizdə yaxın keçmişə qədər Əfəndi adının geniş yayıldığına dəlalət edir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiməlum olduğu kimi, Əfqan etnonimdir.
Əfqanıstanın əsas əhalisini təşkil edən, İran dillərinə daxil edilən dillərdən birinin, bu dildə danışan xalqın, həmçinin bu xalqın nümayəndələrinin adındandır. Azərbaycan antroponimikasına XX əsrin qırxıncı illərindən daxil olmuş Əfqan kişi adı hazırda məişətimizdə geniş yayılmışdır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiplatus sözündəndir. Dilimizə tərcümədə kök, enlikürək, dolu bədənli anlamındadır. Məcazi mənada bacarıqlı filosof və hakim, loğman, mahir həkim mənalarında işlənir. Danışıq dilində bəzən çoxbilmiş, hiyləgər, tədbirli mənasında da işlənir.
Klassik ədəbiyyatımızda antik dövrün görkəmli filosoflarından olan Platonun (m.ə. 428-348) adının ərəbcələşdirilmiş forması olub, bacarıqlı həkim, loğman, filosof, alim anlamındadır. Məlum olduğu kimi, ərəblərdə p səsi olmadığından Platon antroponimi ərəbləşdirilmiş, Əflatun şəklinə düşmüşdür. Adı Şərqdə Əflatun kimi tanınmış yunan filosofu Platon antik dövrdə idealizmin yaradıcısı kimi məşhur şəxsiyyət olmuşdur. Azərbaycan antroponimikasına XX əsrin otuzuncu illərindən daxil olmuş kişi adlarındandır. Məişətimizdə geniş yayılmış Əflatun adının daşıyıcıları əsasən orta və yaşlı nəslin nümayəndələridir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiafrasiyab sözündən olub, zəhmli, heybətli, vahiməli anlamlarını ifadə edir. Əfrasiyab qədim Turanın əfsanəvi padşahlarının adındandır. Rəvayətə görə, İran şahlarının amansız düşməni imiş. Bəzi mənbələrdə adın qara çayın üstü mənasında olduğu qeyd edilmişdir. Əfrasiyab qədim türk əfsanə və rəvayətlərində İran–Turan müharibələrinin məşhur qəhrəmanı, türklərin – turanlıların böyük, qüdrətli hökmdarı, xanı olan Alp Ər Tonqanın iranlılar tərəfindən farslaşdırılmış adıdır.
Qeyd etmək lazımdır ki, əslində farsların öz dillərində zəhmli, qorxunc, heybətli adlandırdıqları Alp Ər Tonqanın adının türk dilində mənası igidlərin igidi, cəsurların cəsuru, qorxmaz, cəsur, qəhrəman, rəşadətli, igid kişidir. Türk dastanlarında Alp Ər Tonqa, İran dastanlarında Əfrasiyab adı ilə tanınan qəhrəman böyük Saka dövlətinin ən qüdrətli dövrünü və süqut çağını yaşayan böyük qəhrəman kimi qəbul edilir. Bu dastanın türk rəvayətlərində Tonqa Alp adı ilə türk hökmdar sülalələrinin böyük atası, onun qohum-əqrəba və övladı, onun kultu nəzərə çatdırılır. İran dastanlarında, eləcə də Firdövsinin “Şahnamə” əsərində əsas surətlərdən olub, Turan hakimi kimi təqdim edilən Əfrasiyab əfsanəvi şəxsiyyətlərdəndir. Əsərdə Keykavusun oğlu Səyavuş İrandan Turana qaçaraq Əfrasiyabın yanına getmişdir. Əfrasiyabın qızı Firəngizlə ailə qurmuş, bu izdivacdan Keyxosrov dünyaya gəlmiş, nəhayət, Əfrasiyab onun əlində ölmüşdür. “Şahnamə” əsərində İranı Zöhhakın zülmündən xilas etməsi barədə bəhs edilmişdir. Əfrasiyab keçən əsrin 90-cı illərinə qədər məişətimizdə geniş yayılmış kişi adlarından olmuşdur. Bu gün artıq unudulmaqda olan şəxs adları sırasındadır. Adın daşıyıcılarından bəstəkar, musiqi tənqidçisi, dramaturq, Azərbaycanın Xalq Artisti Əfrasiyab Bədəlbəyli (1907–1976) ilk Azərbaycan baleti olan “Qız qalası” baletinin, “Nizami”, “Söyüdlər ağlamır” operalarının müəllifidir. Məşhur “Qaraca qız”, “Qızıl açar” baletlərinə libretto yazmışdır. Musiqi və teatr incəsənəti ilə bağlı onlarla məqalənin müəllifidir. C.Rossinin “Seviliya bərbəri” və bir sıra operaların mətnlərini Azərbaycan dilinə tərcümə etmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiafruz sözü afruxtan (alovlandırmaq, yandırmaq) feilinin köküdür. Əfruz adı şölələndirən, parıldayan, aydınlaşdıran, yandırıb-yaxan, alovlandıran, işıqlandıran, parıltı anlamlarını ifadə edir. Azərbaycan anroponimikasında müştərək adlar sırasında olan Əfruz adı həm də bir çox mürəkkəb şəxs adlarının tərkibində işlənir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti