fars. tac sözü dilimizə tərcümədə hökmdarlıq rəmzi olaraq padşahların başlarına qoyduqları qızıl və qiymətli daş-qaşlarla bəzənmiş papaq deməkdir. Müasir Azərbaycan dilində tac sözü həm də Günəşin, Ayın və ya parlaq ulduzların ətrafında görünən parlaq işıq dairəsi, halə anlamlarını da ifadə edir.
Dilimizdə ümumişlək sözlər sırasında olan tac sözünun məcazi mənaları da mövcuddur. Tac sözünün padşahlıq hakimiyyəti, son zirvə, ən yüksək, ən sevimli, ən dəyərli, həmçinin ən qiymətli adam və s. kimi məcazi mənaları da məlumdur. Tac Azərbaycan şəxs adları sistemində müstəqil ad kimi mövcud olmasa da, bir sıra mürəkkəb adların tərkibində komponent olaraq mövcuddur. Məsələn, Aytac, Gültac, Tacəddin və s. Bu qəbildən olan şəxs adlarında tac sözü, əsasən, ən yüksəkdə olan, ən zirvədə olan mənalarını ifadə edir.
Azərbaycan şəxs adlarının izahlı lüğətifars. mürəkkəb adların tərkibində işlənən tac və azərb. arxaikləşmiş xanım titulunun birləşməsindən əmələ gəlmiş mürəkkəb şəxs adıdır.
Məlum olduğu kimi hazırda digər türk dillərində olduğu kimi, dilimizdə də tac sözünün məcazi mənaları ilə bağlı San baçımın tacısan (çox sevmək, çox istəmək mənasında); Sani baçıma tac edaram; Baçımın tacısan (çox dəyər verməklə əlaqədar) və s. kimi ümumişlək ifadələr mövcuddur. Dilimizdə qədim şəxs adları sırasında olan Tacxanım (bax: ad – TAC; XANIM) qadın adı tac sözünün bu bu mənaları ilə əlaqədar olub, başımın tacı xanım, çox dəyərli xanım anlamına gəlir.
Azərbaycan şəxs adlarının izahlı lüğətifars. tafta sıx toxunmuş ipək və ya pambıq parçanın, eləcə də həmin parçadan hazırlanmış məmulatın adıdır.
Tafta parça ipəkdən toxunur, saya, həmçinin naxışlı olur. Əslində Tafta İranda yer adı ilə əlaqədardır. Lakin Azərbaycanda parçanın adı ilə məşhurlaşmışdır. Bu parçanın hazırlandığı sapın şox zərif xovluluğu, sıxlığı, eləcə də çox davamlı olması, həmçinin naxışlarının sadəliyi və rəng harmoniyasının ifadəli həlli digər növ parçalardan fərqlidir. Azərbaycanın milli toxumalarından olan tafta hələ XV–XVII əsrlərdə Avropada və Rusiyada çox dəyər verilən parça növlərindən olmuşdur. Dilimizin şəxs adları sistemində parça adlarından yaranmış kifayət qədər qadın adları mövcuddur. Tafta qadın adı da bu qəbildən olan şəxs adı sırasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. tahir sözündəndir. Tahirə qadın adı təmiz, saf, pak, həmçinin günahsız, ismətli, namuslu və buna yaxın mənaları ifadə edən Tahir kişi adından (bax: ad – TAHİR) ənənəvi yolla yaranmışdır.
İslam dini ilə əlaqədar mənbələrdə adın Məhəmməd Peyğəmbərin qızı, imam Əlinin xanımı Fatimənin ləqəbi olması barədə məlumatlar mövcuddur. Fatimənin doqquz adından biri olduğu üçün müsəlman dünyasında geniş yayılmış şəxs adlarındandır. Fatiməyə bu ləqəb onun namuslu, saf və müsbət keyfiyyətlərinə görə verilmişdir. İslam dini ilə əlaqədar rəvayətlərdə deyilir ki, ləqəblərindən biri də Tahirə olan Fatimənin adı Allahın Fatir adından götürülmüşdür. Fatiməyə hər cür pislik və çirkinlikdən uzaq olduğuna görə Tahirə deyirmişlər. Adın Şərq ölkələrinin, eləcə də türk xalqlarının məişətində yayılması da bununla əlaqədardır. XX əsrdə məişətimizdə geniş yayılmış Tahirə qadın adı artıq müşahidəediləcək dərəcədə azalmışdır. Bu gün, yəni XXI əsrdə adın daşıyıcıları, əsasən, orta və yaşlı nəslin nümayəndələridir desək, yəqin ki, səhv etmərik.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. tamam sözündən olub, sona çatma, bitmə, qutarma, həmçinin bütünlüklə, büsbütün, hamısı mənalarını ifadə edir.
Məişətimizdə çox zaman valideynlər bu adı bir neçə qız övladdan sonra artıq oğul istəyini ifadə etmək məqsədi ilə sonuncu dünyaya gəlmiş qız övlada verirlər. Azərbaycan antroponimikasında Tamam qadın adı ilə yanaşı, tərkibində Tamam adının işləndiyi mürəkkəb qadın adları da vardır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiibrani. tamara əncir ağacı, yaxud xurma ağacının adıdır. Məcazi mənası uca boylu gözəldir.
M.Y.Lermontovun “Demon” əsərinin dilimizə tərcümə edilməsi ilə məişətimizə əsərin qəhrəmanlarından olan Tamaranın adı da daxil olmuşdur. XX əsrdə Tamara məişətimizdə geniş yayılmış qadın adlarından olsa da, keçən əsrin sonlarında artıq dəbdən düşmüşdür. Bu gün rus dilində olduğu kimi, Cənubi Qafqazda yaşayan digər xalqların məişətində Tamara adı geniş yayılmışdır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. tamil sözündən olması ilə bağlı məlumatlar mövcuddur. Tamilla qadın adının slavyan dillərində tomiti (incitmək, yormaq, əziyyət vermək) feilindən olması barədə izahlı lüğətlərdə məlumatlara rast gəlinir.
Azərbaycan məişətinə XX əsrin otuzuncu illərindən daxil olmuş Tamilla qadın adı çox zaman fransız yazıçısı F.Düşenin “Tamilla” romanının dilimizə tərcüməsi ilə əlaqələndirilir. Azərbaycan antroponimikasına Tamilla adının rus dilindən keçməsi daha inandırıcı görünür. Adın təhrif olunmuş Tamella, Tomella, Tamilə formaları da sonradan müstəqil qadın adları kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti