ərəb. mürəkkəb adların tərkibində işlənən ruh və fars. nüma (əslində nümayan) sözlərinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Ruhnüma (bax: ad – RUH; NÜMA) qadın adı gül, çiçək kimi gözəl, incə görünüşlü (qadın) anlamını ifadə edir. Adın təhrif olunmuş forması Ruhnuma da sonradan müstəqil qadın adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. ruqiya sözü dilimizdə incə, zərif mənalarındadır. Türk antroponimik vahidlər sistemində mövcud Ruqiyyə (bəzi türk dillərində Rukiyə, Rukayə şəklindədir) incə, zərif anlamlarını ifadə edən digər qadın adları kimi, Ruqiyyə də incə, gözəl, qəşəng qadın, qız mənasındadır.
Mənbələrdə sehr, ovsun mənalarını ifadə etməsi barədə məlumatlara da rast gəlinir.
Azərbaycan şəxs adlarının izahlı lüğətitürk. aslan, çir mənasını ifadə edən Arslan/Aslan kişi adının başqa dillərdə dəyişikliyə uğramış forması Ruslan (bax: ad – RUSLAN) şəklindən ənənəvi yolla yaranmışdır.
Ruslana qadın adı məişətimizə XX əsrin sonlarında daxil olmuşdur. Adın təhrif olunmuş forması sonradan müstəqil qadın adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətifars. ruzigar sözü dilimizdə bir neçə məna ifadə edir: 1. Külək, yel; 2. Hava; 3. Dövran, zəmanə, tale, fələk, qədər; 4. Ömür, həyat, yaşayış, vəziyyət.
Azərbaycan antroponimikasında müştərək şəxs adları sırasında olan Ruzigar antroponimi ömür, həyat anlamındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti