fars. pak sözü dilimizdə təmiz, müqəddəs, mübarək mənalarını ifadə edir.
Sözün çox yaxşı, gözəl, qəşəng, əla kimi məcazi mənaları da vardır. Pak Azərbaycan antroponimikasında müstəqil şəxs adı kimi deyil, bir çox mürəkkəb adların tərkibində mövcuddur. Bu qəbildən olar adlar, əsasən, sözün məcazi mənası ilə əlaqədardır.
Azərbaycan şəxs adlarının izahlı lüğətifars. pakiza sözü pak sözü ilə əlaqədar olub, dilimizə tərcümədə tərtəmiz mənasındadır.
Burada təmizlik mənəvi təmizlik, əxlaq təmizliyidir. Pakizə (bax: – PAK) qadın adı sözün məcazi mənaları ilə bağlı olub, çox gözəl, qəşəng, təmiz mənalarını ifadə edir. Fars antroponimikasında pak sözü ilə başlayan kifayət qədər kişi adları məlum olsa da, Pakizə qadın adına təsadüf edilməmişdir. Buradan çıxış edib əminliklə demək olar ki, qadınında hərtərəfli təmizlik görnək istəyən xalqımız sözün mənasına görə qız uşaqlarına bu adı qoymuşdur.
Azərbaycan şəxs adlarının izahlı lüğətifars. mürəkkəb adların tərkibində işlənən pak və ərəb. nur sözlərinin birləşməsindən əmələ gəlmiş mürəkkəb şəxs adıdır.
Pakinur (bax: ad – PAK; NUR) qadın adı nur saflığı, xalis nur anlamlarındadır. Adın təhrif olunmuş forması Paknur da sonradan müstəqil qadın adı kimi rəsmiləşmişdir. Bu gün məişətimizdə ad yalnız Paknur şəklindədir.
Azərbaycan şəxs adlarının izahlı lüğətifars. mürəkkəb adların tərkibində işlənən pak və zada sözlərinin birləşməsindən əmələ gəlmiş mürəkkəb şəxs adıdır.
Paknur (bax: – PAK; ZADƏ) qadın adı təmiz nəsildən olan övlad anlamındadır. Adın təhrif olunmuş formaları Pakzad, Pakzədə sonradan müstəqil qadın adları kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiMəişətimizdə qafiyə xatirinə verilən qadın adlarındandır.
Belə adları qoyarkən mənasına deyil, ailədə olan qadınların, qızların adı ilə həmqafiyə olmasına diqqət yetirilir. Elmira adına Gülmira, Telmira, Palmira kimi heç bir məna kəsb etməyən adlar verilir. Bəzən bu adlar qısaömürlü olsa da, təəssüf ki, bəzən uzunömürlü olur.
Azərbaycan şəxs adlarının izahlı lüğətifars. pari sözündən olub, əsatirdə çox gözəl mifik qadındır.
Dini rəvayətlərdə deyilir ki, pərilər gözəl bir qadın surətində olan sehrbaz və cadugərlərdir. Sözün çox gözəl, məsum, xoşxasiyyət qadın, qız kimi məcazi mənaları da vardır. Pəri qadın adı sözün məcazi mənası ilə əlaqədar olub, çox gözəl, xasiyyəti mülayim mənasını ifadə edir. Azərbaycan antroponimikasında Pəri adı ilə yanaşı, tərkibində adın işləndiyi kifayət qədər mürəkkəb qadın adı da mövcuddur.
Azərbaycan şəxs adlarının izahlı lüğətifars. mürəkkəb adların təkibində işlənən Pari adı və can sözünün birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Pərican (bax: ad – PƏRİ; CAN) qadın adı pəri tənli, pəri misallı (gözəl) anlamlarındadır. Məişətimizdə qədim şəxs adlarındandır. Adın daşıyıcılarından biri də Şah Təhmasibin qızı Pərican xanım (XVI əsr) olmuşdur. Pərican xanımın şeirləri “Xəqiqi” təxəllüsü ilə məşhurdur və Əbdil bəy Şirazi özünün “Təkmilat ül-əhbar” əsərini bu xanıma həsr etmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti