latın. natella sözündən olub, işıqlı, nurlu mənasındadır.
Natella Cənubi Qafqazın hər üç respublikasında mövcud qadın adlarındandır. Gürcü şəxs adları lüğətlərində sarışın mənası da qeyd edilmişdir. Bu gün Azərbaycanda Natella adının daşıyıcıları, əsasən, yaşlı nəslin nümayəndələridir.
Azərbaycan şəxs adlarının izahlı lüğətifars. natavan (tavanistan) bacarmaq feilindəndir, dilimizə tərcümədə xəstə, gücsüz, bacarıqsız, taqətsiz, haldan düşmüş, zəif mənalarını ifadə edir.
Qarabağ hakimi İbrahim xan Cavanşirin oğlu Mehdi qulu xanın qızı, şairə, xeyriyyə işləri ilə Azərbaycanda tanınmış ziyalı xanımlardan biri olan Xurşudbanu Natəvanın (1832-1897) təxəllüsündəndir. Çox bacarıqlı, fəal şəxsiyyət Xurşudbanu oğlu Abbası erkən itirdiyindən özünə bu təxəllüsü götürmüşdür. Azərbaycan antroponimikasında təxəllüsdən yaranmış şəxs adları sırasında olan Natəvan qadın adı bu gün də məişətimizdə geniş yayılmış adlardandır. Adın dilimizin ahəng qanununa uyğun dəyişmiş Natavan forması da mövcuddur.
Azərbaycan şəxs adlarının izahlı lüğətifars. naz sözü nazlı qız, şıltaq, ərköyün, yeri gələndə əylənmək üçün naz, qəmzə, işvə göstərən, əzilib-büzülən və s. buna yaxın anlamları ifadə edir.
Klassik ədəbiyyatda həddən artıq işlənən söz və ifadələr sırasındadır. Naz Azərbaycan antroponimikasında müstəqil şəxs adı kimi mövcud olmasa da, kifayət qədər mürəkkəb qadın adlarının tərkibində nazlı qız, nazlı gözəl mənasında komponent kimi çıxış edir.
Azərbaycan şəxs adlarının izahlı lüğətifars. naz sözündəndir. Nazan (bax: ad – NAZ) qadın adı özünü bəyəndirmək, diqqət çəkmək üçün nazlı hərəkətlər edən (qadın, qız) mənasındadır.
Adın daşıyıcılarından hazırda Sabancı Muzeyinin rəhbəri Nazan Ölçər ədəbiyyatşünas, türkoloq, ensiklopedik səciyyəli elmi yaradıcılığı olmuş, vətəndən uzaqlarda yaşamağa məcbur qalmış prof. Əhməd Cəfəroğlunun qızıdır.
Azərbaycan şəxs adlarının izahlı lüğətifars. Nazan və mürəkkəb adların tərkibində işlənən Gül adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Nazangül (bax: ad – NAZAN; GÜL) qadın adı nazlı, gözəl, naz edən gözəl anlamlarını ifadə edir. Adın təhrif olunmuş forması Nazəngül də sonradan müstəqil qadın adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti