fars. mehriban (əslində mehrban) sözündəndir. Mehriban qadın adı yaxın münasibətdə olan, səmimi, xoşxasiyyət, dostluğu qoruyan, şəfqətli, xoşrəftar anlamlarını ifadə edir.
Azərbaycan dilində üç saitin yanaşı gəlməsi zamanı tələffüzdə ağırlıq yarandığından mehriban sözü dilimizdə sözlərin fonetik quruluşuna uyğun dəyişdirilərək mehriban formasına düşmüşdür.
Azərbaycan şəxs adlarının izahlı lüğətifars. Mehri adı və can sözünün birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Qədim adlardan olan Mehrican (bax: ad – MEHRİ; CAN) qadın adı sevimlim, canıma yaxın olan, şəfqət göstərən mənalarını ifadə edir.
Adın daşıyıcılarından XIII əsrin əvvəlində yaşamış Mehrican xatun Sultan Toğrulun qızı, Atabəylər dövlətinin son hökmdarı olmuş Müzəfərəddin Özbəyin arvadı, Azərbaycan tarixində görkəmli şəxsiyyətlərdən olmuşdur. O, dövlətin idarə olunması və siyasətlə bağlı məsələlərdə fəal mövqeyə malik idi.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. merac sözü dilimizdə nərdivan, qalxma, düşmə, göyə çıxma, göyə qalxma mənalarındadır. Merac İslamda Məhəmməd Peyğəmbərin Allahla ünsiyyət üçün göyə qalxdığı gecənin adıdır.
Rəcəb ayının 27-nə təsadüf edən gecənin adındandır. Azərbaycan antroponimikasında müştərək şəxs adları sırasındadır. Adın təhrif olunmuş forması Mehrac da sonradan müstəqil qadın adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətifars. mey sözü dilimizə tərcümədə şərab deməkdir. Sözün ağlı başdan alan, adamı sərxoş edən və s. buna yaxın məcazi mənaları da mövcuddur.
Klassik ədəbiyyatda həddən artıq çox istifadə edilən “mey” sözü də məcazi mənalar kəsb edir. Məlum olduğu kimi, “mey” həm də dilimizin şəxs adları sistemində mövcud bir neçə adın tərkibində komponent olaraq mövcuddur. Bu qəbildən olan şəxs adlarında söz məcazi məna ifadə edir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. macid sözündəndir. Məcidə qadın adı böyük, ulu, əzəmətli, tanınmış, adlı-sanlı, görkəmli, şanlı, şərəfli anlamlarını ifadə edən Məcid kişi adından (bax: ad – MƏCİD) ənənəvi yolla yaranmışdır.
Qeyd etmək lazımdır ki, ərəblərdə daha çox Məcidə (ərəb dilində tələffüzü fərqlidir) qadın adı geniş yayılmışdır. Bizdə isə əksinə, məişətimizdə Məcidə qadın adına nisbətən Məcid kişi adı daha geniş yayılmışdır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. madina sözü dilimizə tərcümədə şəhər deməkdir. Lakin Mədinə qadın adı İslam dinində Məkkədən sonra ikinci müqəddəs şəhər hesab edilən, Məhəmməd Peyğəmbərin yeni dini bərqərar edərkən özünə tərəfdarlar tapdığı, gələcək dinin əsasını qoyduğu şəhərin adındandır.
Düşmənlərindən uzaqlaşan Məhəmməd Peyğəmbər Məkkədən Mədinəyə hicrət edir ki, bu da İslam tarixinin – hicri tarixinin başlanğıcıdır. Məhəmməd bu şəhərə hicrət edənə qədər şəhər Yəsrib adlansa da, sonradan məhz onun şərəfinə Mədin ən-nəbi (Peyğəmbərin şəhəri), daha sonradan isə Mədinə adlandırılmışdır. Məhəmməd Peyğəmbər bütün qalan ömrünü Mədinədə yaşamışdır. Mədinədə ilk məscidi (Məscid ən-nəbi) tikdirmiş Məhəmməd Peyğəmbər “Quran”ın xeyli hissəsini də bəyan etmişdir. Müsəlman dövlətinin ilk paytaxtı Mədinə olmuşdur. Məhəmməd Peyğəmbər Mədinədə özünün tikdirdiyi məsciddə dəfn edilmişdir. Onun evi də həmin məscidə bitişik olmuşdur. Zəvvarlar rəsmən həcc mərasiminə daxil olmasalar da, daim peyğəmbərin məzarını ziyarətə gəlirlər. Mədinə məcazi mənada müqəddəs yer, səcdəgah anlamındadır. Klassik ədəbiyyatda gözələ xitabən Mədinəm ifadəsinə tez-tez rast gəlinir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. mafkura ictimai şüurun müxtəlif formalarında – fəlsəfədə, siyasətdə, hüquqda, əxlaqda, incəsənətdə, dində ifadə olunan ideyalar, təsəvvürlər, məAumlar sistemidir. Ərəb dilindən mənası bilinmədən birbaşa götürülüb ad kimi istifadə edilən sözlərdəndir. Məfkurə qadın adı ideya, qayə kimi anlaşılır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti