ərəb. maqsud sözündəndir. Azərbaycan dilində nəzərdə tutulan, niyyət, məqsəd, məram, arzu, istənilən, istək, arzu edilən, niyyət olunan mənalarındadır.
Maqsudə qadın adı Maqsud kişi adından (bax: ad – MAQSUD) ənənəvi yolla yaranmış qadın adıdır. Çoxdan bəri övlad həsrətində olan ailələrdə dünyaya göz açan uşaqlara qoyulan adlardandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiAzərbaycan antroponimikasında bu gün mar müstəqil şəxs adı kimi mövcud olmasa da, Yelmar, Sumar(ə), Gülmarə və s. kimi mürəkkəb adların tərkibində işlənir.
Qədim türk dillərində suriya dilindən gəldiyi ehtimal olunan hələ Çinin şimal-qərbində tapılan qədim uyğur kitabələrində işlənən mar sözü bir sıra şəxs adlarının tərkibində işlənərkən hündürlük, alilik, həmçinin müəllim, ustad, nəsihət edən anlamlarını ifadə edir. Bir məsələni də qeyd etmək lazımdır ki, türk xalqları bütün dövrlərdə müəllimə, ustada çox yüksək qiymət vermişlər. Bəzi şəxs adlarında komponent olaraq çıxış edən fars mənşəli mar sözü isə ilan mənasındadır. Bildiyimiz kimi, Şərq xalqlarında ilana münasibət heç də həmişə birmənalı olmamışdır. Əski təfəkkürümüzdə, eləcə də folklorumuzda erkən dövrlərdə ilana ikili münasibətin şahidi oluruq. Erkən dövrlərdə ilana müdrik, ağıllı bir varlıq kimi baxılsa da, sonrakı dövrdə zəhərli, ziyanlı xüsusiyyətlərinə görə mənfi münasibət formalaşmışdır. Qədim adlarda da ilkin məna özünü saxlamışdır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiazərb. maral budaq kimi buynuzları olan, haçadırnaqlı heyvanın adıdır.
Sözün məcazi mənası isə gözəldir. Klassik poeziyada olduğu kimi, müasir şeirdə də gözəl mənasında tez-tez rast gəlinir. Müasir Azərbaycan dilində maral sözünün gözəl mənasında işləndiyi kifayət qədər ümumişlək ifadələr mövcuddur. Məsələn, Maral kimi idi, Maral yeriçini görasan. Ela bil qız maral idi, Qız dema, bir maral de və s. Maral qadın adı da sözün məcazi mənası ilə əlaqədardır, başqa sözlə, gözəl anlamını ifadə edir. Adın daşıyıcılarından Xalq Rəssamı, respublika Dövlət mükafatı laureatı Maral Rəhmanzadə (1916-2004) dəzgah qrafikasının inkişafına böyük töhfələr vermiş rəssamlarımızdandır. Dövrünün görkəmli sənətkarlarından olan Maral xanımın yaradıcılığında tarixi keçmiş və yaşadığı dövr təsvir olunmuş, müasirlərin obrazları, elmi və lirik peyzajlar, kənd və şəhər adamlarının məişətinin özünəməxsus fərdiliyi öz əksini tapmışdır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiyunan. mariya ismətli, namuslu mənasındadır. Ərəbcələşdirilmiş Məryəmdir. Mariya qadın adı XX əsrin əvvəllərindən rus dili vasitəsilə dilimizə keçmiş qadın adlarındandır.
Bəzi mənbələrdə Məhəmməd Peyğəmbərin arvadlarından birinin, kiçik yaşda dünyasının dəyişmiş oğlu İbrahimin anasının adının Mariya olduğu haqda məlumatlara da rast gəlinir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. mayda sözü əslində yemək süfrəsi, qonaqlıq, həmçinin zərif, incə mənalarındadır.
Mayda qadın adı isə müqəddəs kitabımız “Quran”ın beşinci surəsinin adındandır. Adın təhrif olunmuş Maydə, Mayidə formaları da sönradan müstəqil qadın adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətilat. mayis (əslində mayus) may (ilin beşinci ayı) deməkdir. Ayın adı yunan əsatirlərinə görə, ticarət allahı Merkurinin anası ilahə Mayanın şərəfinə adlandırılmışdır.
Müasir türk dilində də may ayı mayıs formasındadır. XX əsrin əvvəllərinə qədər dilimizdə də işlənmişdir. Adətən bu ayda olan oğlanlara Mayis/Mayis (bax: ad – MAYİS), qızlara Mayisə/Maisə adı qoyulur.
Azərbaycan şəxs adlarının izahlı lüğəti