ərəb. Lütfi adı və fars. naz sözünün birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Lütfinaz (bax: ad – LÜTFİ; NAZ) qadın adı naz etmakla xeyirxahlıq et, iltifat göstar mənalarını ifadə edir.
Adın təhrif olunmuş forması Lütfünaz da sonradan müstəqil qadın adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. lütf sözündəndir. Azərbaycan dilində lütf sözü iltifat, mərhəmət, mehribanlıq, yumşaqlıq, xoş, alicənab münasibət mənasındadır.
Lütfiyyə qadın adı Lütfi kişi adından (bax: ad – LÜTFİ) ənənəvi yolla yaranmışdır, lütfkar, mərhəmətlə əlaqəli mənalarını ifadə edir. Adın təhrif olunmuş formaları Lütviyyə, Lütviyə də sonradan müstəqil qadın adları kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti