Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ABDURRAUF ərəb.

mürəkkəb adların tərkibində işlənən Abdul Rauf adlarının birləşməsindən (əslində abd ər-Rauf) əmələ gəlmiş şəxs adıdır.

Abdurrauf (bax: ad – ABDUL; RAUF) kişi adı mərhəmətli, şəfqəti çox olanın (Allahın) qulu anlamını ifadə edir. Adın təhrif olunmuş Abdulrauf, Abdurauf formaları sonradan müstəqil kişi adları kimi rəsmiləşmişdir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ABDURRƏHİM ərəb.

mürəkkəb adların tərkibində işlənən Abdul Rəhim adlarının birləşməsindən (əslində abd ər-Rahim) əmələ gəlmiş şəxs adıdır.

Abdurrəhim (bax: ad – ABDUL; RƏHİM) kişi adı mərhəmətini əskik etməyənin (Allahın) qulu mənasındadır. Adın təhrif olunmuş Abdulrəhim, Abdurəhim formaları sonradan müstəqil kişi adları kimi rəsmiləşmişdir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ABDURRƏŞİD ərəb.

mürəkkəb adların tərkibində işlənən Abdul Rəşid sözlərinin birləşməsindən (əslində abd ər-Rəşid) əmələ gəlmiş şəxs adıdır.

Abdurrəşid (bax: ad – ABDUL; RƏŞİD) kişi adı daim bəndələrinə doğru yol göstərə bilənin (Allahın) qulu anlamına gəlir. Adın təhrif olunmuş Abdulrəşid, Abdurəşid formaları da sonradan müstəqil kişi adları kimi rəsmiləşmişdir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti