fars. çirin sözü əslində ağızda şəkər, qənd, bal və s. kimi xoş tam verən, dadlı, ləzzətli mənasındadır.
Lakin sözün səfalı, zövq verən, ürəyə yatan, xoşagəlimli, əziz, fərəhli, məsud, mehriban və s. məcazi mənaları da vardır. Adətən Şirin qadın adı ilə bağlı bəhs edənlər onu tarixi şəxsiyyət kimi göstərmişlər. N.Gəncəvinin “Xosrov və Şirin” əsərindəki Xosrov kimi, Şirin obrazının da prototipi olduğunu qeyd etmişlər. Lakin bəzi tarix kitablarında, salnamələrdə rast gəlinən Şirin heç də əsərdəki qəhrəmanın prototipi deyildir. Şirin adı qədim əsatirlərdə, əfsanələrdə mövcud olmuşdur. Qonşu xalqlar arasında da məşhurlaşmış, sonralar N.Gəncəvinin əsərində tarixi hökmdar surəti Xosrovla əlaqələndirilmişdir. Xosrov adından istifadə əslində, bir növ, ədəbi priyom olmuşdur. Şirin surətinin daha canlı, hərtərəfli alınması üçün şair Xosrovdan bədii vasitə kimi istifadə etmişdir. Bir sözlə, əsərdəki Şirin tarixi şəxsiyyət olmayıb, xalq yaradıcılığı nümunələrindən gələn bir inci kimi, dahi sənətkarın sevimli Afaqına (bax: ad – AFAQ) bənzətdiyi idealıdır. Nizami özü də bu barədə poemada qeyd etmişdir. Azərbaycan antroponimikasında müştərək şəxs adları sırasında olan Şirin adı xoşagələn, ürəyəyayımlı, məsud mənalarını ifadə edir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiazərb. Şirvan Azərbaycanın tarixi ərazilərindən birinin adıdır.
Mənbələrdə adın Qafqaz Albaniyasında tayfalardan birinin adından olması barədə məlumatlar vardır. Məlum olduğu kimi, Azərbaycan antroponimikasında etnonimlərdən yaranmış kifayət qədər şəxs adı məlumdur. Şirvan kişi adı da bu qəbildən olan adlar sırasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. çöhrat zəhmət, xidmət, istedad, məharət və s. nəticəsində hamı tərəfindən tanınma; məşhur olma; şərəfli ad qazanma, məşhurluq, ad-san qazanmaq mənalarını ifadə edir.
Şöhrət şəxs adı sözün məşhurluq, tanınmış anlamları ilə əlaqədardır. Azərbaycan antroponimikasnda müştərək şəxs adları sırasında olan Şöhrət adının təhrif olunmuş forması Şöhlət də sonradan müstəqil qadın adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. çöla alov, parıltı, işıltı, alov işığı, işıq saçmaq, həmçinin nur, işıq, ziya anlamlarını ifadə edir.
Şölə qadın adı sözün işıq saçma, alov işığı mənası ilə əlaqədardır. XX əsrdə məişətimizdə geniş yayılmış qadın adları sırasında olan Şölə bu gün müşahidəediləcək dərəcədə azalmışdır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. çövkat sözü dilimizdə calal, dəbdəbə, ehtişam mənasındadır.
Türk antroponimik vahidlər sistemində mövcud Şövkət şəxs adı məişətimizdə yalnız qadın adı olsa da, Türkiyə türklərində, eləcə də bəzi türk xalqlarının məişətində kişi adı olaraq geniş yayılmışdır. Adın daşıyıcılarından Xalq Artisti, müğənni (lirik-soprano) Şövkət Məmmədova (1897-1981) dünya vokal incəsənətinin ən yaxşı ənənələri və nümunələrini Azərbaycan səhnəsinə gətirmişdir. Dəfələrlə Kiyev, Moskva, Leninqrad (indi Sankt-Peterburq), Odessa, Tbilisi, Təbriz, Paris və başqa ölkələrdə konsert proqramları ilə çıxış etmişdir. Şövkət xanım Azərbaycanda ilk teatr texnikumunun və not nəşriyyatının yaradıcısı olmuşdur.
Azərbaycan şəxs adlarının izahlı lüğəti