Ağdam, Bərdə, Borçalı, Füzuli, Hamamlı, Qazax, Şərur
Başqaları ilə dəyişik düşməmək üçün toyuğun ayağına tikilən əski parçası, nişan. □ Bizim töuxların hamısının əyağına badış tix'mişəm (Ağdam); Töyüğün əyağına çındadan tikillər, olur badış (Borçalı); Badışı töyoğun badına bağlerix' (Başkeçid); Ay qız, fərələrə badış tix', qonşunun töyuxlarıynan dəyişix' tüşməsin (Qazax).
Qazax
Baldıra geyilən boğazlıq. □ İş adamına badış çox yaxşıdı.
Salyan
Nazik corab. □ Badış nazik coraba diyillər.
Hamamlı
Təndirə çörək yaparkən qola geyilən qolçaq. □ Çörəyi yapanda badış gey, əlin yanmasın.
Azərbaycan dilinin dialektoloji lüğəti